SON DƏQİQƏ

Vətənin cəsur oğlu

Tarix:4-03-2022, 00:54

Elməddin Uğur oğlu Əhmədzadə 1996- cı ilin oktyabrın 1- də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olmuşdur. Torpaqlarımız erməni quldurları tərəfindən işğal olunarkən 1993 - cu ildə Elməddin valideynləri Füzuli rayonun Qacar kəndindən məcburi köçkün düşərək İmişli rayonundq məskunlaşmışlar.Azərbaycan ordusunun əsgəri olan Elməddin Əhmədzadə 2020 - ci ilin sentyabrın 27- də Azərbaycan Silahları Qüvvələri tərəfindən Ermənistanin işğalçı   altında olan ərazi bütövlüyümuzu bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
Elməddin Əhmədzadə sentyabrın 27 də Füzuli döyüşləri zamanı şəhid olmuşdur.Elməddin İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsindəki şəhidlər xiyabanında dəfn edilmişdir.
Erməni quldurlarının qurduğu möhkəm istehkamları şəhidlərimiz canları, qanları bahasına azad etdilər.
Azərbaycanın ərazi bütövlüyünun təmin edilməsi uğrunda  döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Elməddin Əhmədzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən" İgidliyə görə" və " Füzulinin azad olunmasına görə " medalları ilə təltif olunmuşdur.
Şəhidlərimiz heç zaman unudulmur və xalqımızın qəlbində əbədi yaşayırlar.

Rauf İlyasoğlu

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ