SON DƏQİQƏ

Şəhid Rauf İbadovun xatirəsi ehtiramla anıldı-FOTO

Tarix:5-05-2022, 13:45

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin əməkdaşı Elçin Tağıyev Abşeron rayon Saray qəsəbə sakini 44 günlük Vətən müharibəsi şəhidi Rauf Məhərrəm oğlu İbadovun ailəsinin istəyilə doğum günündə iştrak edib.
Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Qarabağ qaziləri, qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri iştrak etmişdir.
Öncə tədbir iştrakçıları Saray qəsəbə Şəhidlər Xiyabanına gələrək şəhid Rauf İbadovun məzarını ziyarət etmiş,önünə gül dəstələri düzərək ruhuna dualar oxunmuşdur.
Rayon Mədəniyyət Mərkəzinin əməkdaşı Elçin Tağıyev şəhid Rauf İbadovun yaşadığı evə gələrək ailəsi ilə görüşmüş və şəhidlə bağlı xatirələrini bölüşmüşdür.
Elçin Tağıyev şəhidin ailə üzvülərinə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun,Goranboy rayon üzrə baş məsləhətçisi Gündüz Hacıyevin və Mədəniyyət Mərkəzinin direktoru Arzu Əliyevin adından dərin hüzünlə başsağlığı verərək şəhidimizə uca Allahdan rəhmət, ailəsinə səbir diləmişdir.
Sonda şəhid Rauf İbadovun ailəsinə rəhbərlik tərəfindən göndərilmir. Şəhidimizin şəkli əks olunmuş "Xarı Bülbül"ün xatirə tablosu təqdim edilmişdir.
Sonda şəhid Rauf İbadovun atası Məhərrəm İbadov onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlığını ifadə etdi.
Bununla yanaşı Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətova Mədəniyyət sahəsində xidmət edən Elçin Tağıyevin şəhidin doğum günündə iştrak etməsi üçün yaratdığı şəraitə görə sonsuz təşəkkürünü bildirdi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
 

Elçin Tağıyev
İctimai 
 fəalı

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ