SON DƏQİQƏ

Elçin Tağıyev Beyləqanda şəhid ailəsini ziyarət etdi- FOTO

Tarix:12-05-2022, 23:26

Qəhərəmanlar Unudulmur!                                                  
Bu gün Goranboy rayon Qızılhacılı qəsəbə sakini, ictimai-fəal, TV21.az-ın baş redaktoru və Rayon Mədəniyyət Mərkəzinin əməkdaşı, daim şəhid və qazi ailələrini ziyarət edən Elçin Məhəmməd oğlu Tağıyev Beyləqan rayon sakini, 44 günlük Vətən Müharibəsi şəhidi, Azərbaycan Ordusunun zabiti  
baş-leytenant Mahir Qərib oğlu Dadaşzadənin ailəsini ziyarət edib.
İlk öncə Beyləqan rayon qəbristanlığına gələrək şəhidin ailə üzvülərilə birgə şəhid Mahir Dadaşzadənin məzarı ziyərət edilərək ruhuna dualar oxundu.
“Şəhid ailələrini ziyarət etmək, onların keçdiyi şərəfli döyüş yolu haqqında dünya ictimaiyyətinə məlumat vermək bizim vətəndaşlıq borcumuzdur” deyə Elçin Tağıyev vurğulamışdır.
Daha sonra şəhid Mahir Dadaşzadənin yaşadığı ünvana gələrək ailə üzvüləri ilə həmsöhbət oldular.
Elçin Tağıyev şəhid ailəsinə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun adından dərin hüzünlə başsağlığı verərək onlara uca Allahdan rəhmət ailələrinə səbir dilədi.
Mədəniyyət sahəsində çalışan əməkdaşlar bütün şəhid və qazi ailələrini ziyarət edərək onlarla bağlı xoş xatirələrini bölüşürlər.
Görüşdə şəhidimizin əziz xatirəsi yad edilmiş, barəsində xoş təəsüratlar danışılmış, torpaqlarımızın qorunması yolunda canlarından keçmiş şəhidlərimizin hünərinin hər birimizə örnək olması və hər bir Azərbaycan vətəndaşının öz qəhrəmanlarını tanımalı olduğu bildirilmişdir. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuzdur.
Elçin Tağıyev qeyd edib ki, Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial siyasətinin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır. 
Bu gün bütün şəhid və qazi ailələrinə dövlətimiz tərəfindən yüksək qayğı göstərilir.
Şəhid Mahir Dadaşzadənin ailəsinə şəhidimizin şəkli əks olunmuş Xarı Bülbülün xatirə tablosu təqdim edilmişdir.
Sonda şəhid atası Qərib Təhməzov onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlığını ifadə etdi. 
Eyni zamanda şəhid atası bu gün onların ailəsini ziyarət etdikləri üçün yaradılmış şəraitə görə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətova dərin təşəkkürünü bildirdi.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

“XeberTıme.az”



 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ