SON DƏQİQƏ

ŞUŞANI RUHUYLA FƏTH EDƏN NURLAN

Tarix:19-05-2022, 23:14

Bu gün Zabitlər Evində Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsi Şəhidi NURLAN NADİR oğlu HƏSƏNOVUN cənnətdə ikinci mövlud günü keçirildi.
Tədbirdə şəhidin valideynləri, Şəhid ailələri, Şəhidimizin sinif yoldaşları və iş yoldaşları, Şuşa Rayon İcra Hakimiyyətinin məsul işçiləri və bütün Nurlansevərlər iştirak edirdilər. Tədbirin başlanğıcında Şəhidimizə həsr olunmuş videoçarx nümayiş olundu. Sonra Şəhidimizin anası Həqiqət ana və atası Nadir müəllim çıxış etdilər, gələn qonaqlara dərin təşəkkürlərini bildirdilər. Həmçinin Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Şəhidimizin sinif rəhbəri, sinif yoldaşı, müəlliməsi, qazi Nəsimi Qarabağlı, Şəhid Arəstə Baxışovanın anası Məktubə ana, Vətən Müharibəsi Qəhrəmanı Şəhid Elçin Mansurovun anası Məleykə ana və digər şəxslər çıxış etdilər, Şəhidimizin vətənpərvərliyindən, döyüş yolundan bəhs etdilər. Mən də tədbirdə çıxış etdim. Məni tədbirə dəvət etdiklərinə görə Şəhidimizin ailəsinə və tədbir təşkilatçılarına təşəkkür etdim. Şəhidimizə həsr etdiyim “Şuşanı ruhuyla fəth edən Nurlan” adlı şeirimi söylədim. Tədbirin bədii hissəsində Zabitlər Evinin solistləri, sevilən xanəndəmiz, əməkdar artist Sevinc Sarıyeva və digər incəsənət nümayəndələri çıxış etdilər, Şəhidlərimizə həsr olunmuş şeir və mahnılar səsləndirdilər. Şəhidlərimizin əziz xatirəsi daima qəlbimizdə yaşayacaqdır! Allah bütün Şəhidlərimizə rəhmət eləsin! Amin!
 
Sevindik Nəsiboğlu
8-ci sinif şagirdi, şair-publisist, 
AJB üzvü
19.05.2022.



 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ