SON DƏQİQƏ

Şəhidlər unudulmadıqları müddətdə heç zaman ölməyəcəklər!

Tarix:1-06-2022, 22:01

Şəhidlərin adının əbədiləşdirilməsi üçün ölkəmizdə demək olar ki hər gün müxtəlif tədbirlər keçirilir. Onların qəhrəmanlıqları, keçdiyi döyüş yolu və sücaətlərindən bəhs olunan sənədli filmlər, şeirlər, musiqilər  yaranır. Bu da gələcək nəsilə, bilavasitə , məktəblilərin vətənpərvər böyüməsinə yol açır. Həmən tədbirlərdən biri də bu gün Sumqayıt şəhərində şəhid Vüsal Alahverdiyevə həsr olundu.May ayının 31-i Şəhid Vüsal Alahverdiyevin barelyefi və bulaq açılışı həyata keçirildi.
 Sumqayıt Şəhidlər Xiyabanında şəhidimizin məzarı ziyarət olundu məzarına çiçəklər qoyuldu, şəhidin ruhuna dualar oxundu. Sonra tədbir şəhidimiz üçün atasının məvacibi hesabına yaradılan şəkil baralyefin açılışı ilə davam etdi. Tədbirdə Qubadlı rayon İcra hakimiyyətinin başçısı Malik İsaqov, icra hakimiyyətinin başçısının birinci müavini Alahverdi Haqverdiyev, Sumqayıt cümə məscidinin axundu Hacı Rauf, YAP-ın Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, Qubadlı rayon idarə təşkilat və məktəbin direktorları, müəllim kollektivi iştirak edib.
Mədəniyyət və turizm idarəsinin Qubadlı şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Canangir Qurbanovun ifasında vətənpərvər bəstələrin müəllifi olan Faraim Sadiqin Vüsala həsr etdiyi musiqi səslənib. Gənc vətənpərvər müğənni Şəbnəm Turanın ifasında səslənən Vüsala həsr olunmuş mahnı hər kəsə kövrək anlar yaşadıb. Tədbirdə həmçinin ,oxuduğu Sumqayıt şəhərinin 23 nömrəli məktəb kollektivi də iştirak edib. Sonra Yazıçılar birliyinin üzvü,dnyaxeber.org sayıtının xüsusi müxbiri Leyla Mətin çıxışında; Şəhidin anası Hicran ananın qürurlu duruşunun hər kəsə örnək olmasından söz açıb. Şəhidlərin qanı ilə sulanan torpağımızın ərazi bütövlüyünü qorumaq üçün bizə vətənpərvər övladlar bundan sonra daha çox lazımdır-deyib. Sonra Vüsala ithaf etdiyi sözlərə Elnur Qubadlının bəstələdiyi musiqi əməkdar artist Sevinc Sarıyevanın ifasında səsləndirilib.
Yekunda şəhidimizin ehsani üçün çay süfrəsi verilib.
Biz də “XeberTıme.az” analitik informasiya portalı adından şəhidin ailəsinə səbir diləyir, ruhu şad olsun deyirik.
 
Leyla Mətin 
dnyaxeber.org 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ