SON DƏQİQƏ

ƏBƏDİ SEVGİM!

Tarix:2-06-2022, 22:21

Yaşadığım Sumqayıt şəhərində Vətən müharibəsində qanı ilə adını qızıl hərflərlə tarixə yazan Azərbaycan Ordusunun mayoru şəhid Taleh Kərimovun ailəsini ziyarət etdim.  
Hər zaman Sumqayıt Şəhidlər Xiyabanını ziyarət edərkən Taleh Kərimovun məzarı üstündə təzə tər çiçəklər olur. Şəhidin ömür-gün  yoldaşı Nəzakət xanım bu məzara gün ərzində bir neçə dəfə ziyarət edir. Bəli bu 13 illik ailənin sevgisindən, hörmətindən irəli gələrək bu gündə yaşayır.                                                                             
Şəhidin ömür-gün  yoldaşı Nəzakət xanım həmsöhbətim oldu:
                                                             
Nəzakət xanımla birgə şəhidin həyatını, döyüş yolunu əks etdirən rəsmlərə baxaraq Talehin keçdiyi həyat yolundan, şərəfli döyüş yolundan, xidmət etdiyi illərdən xeyli söhbət açdı.                                                                        
 - Yeganə xanım Taleh mənim ƏBƏDİ SEVGİMDİR!                                  

Məni yaşadan onun mənə, mənim ona olan sevgimdir. 13il Talehlə ömür yolu keçdim. Olduqca mədəni, gülərüz, ailəcanlı bir sözlə bütün gözəl xüsusiyyətləri bir yerdə cəmləşən insan idi. Qaygıkeş həyat yoldaşı, gözəl dost, alicənab insan idi. Bir gündə olsun incimədim ondan, belə insanlar  tarixə az-az gəlir. Xoşbəxtəm ki Taleh kimi ömür-gün yoldaşım olub və indidə o bizimlədir. Əgər dünyaya bir yox bir neçə dəfədə gəlsəydim yenə də Talehi seçərdim...    
Talehin çalışdığı baş kəşfiyyat idarəsinin bütün əməkdaşlarında çox razıyam. Başda general-mayor Hilal Nəcəfov olmaqla bütün zabit heyyəti Talehi unutmurlar, mütamadi olaraq məzarını ziyarət edərək xoş xatirəsini ehtiramla anırlar. Elə bir tədbir olmur ki, idarənin əsgər və zabit heyyəti iştirak etməsin.                                        
Şəhidlik zirvəsi ən uca və müqəddəs zirvədir və bu zirvəni fəth edən oğullarımızdan biri, Zəfər adlı tariximizi yazan  mayor Taleh Kərimov hər zaman qəlblərdə yaşayacaq!   

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı 
“XeberTıme.az” 


                  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ