SON DƏQİQƏ

Şəhidlik zirvəsinin 22-ci yaşı- NURLAN ABDALOV

Tarix:12-06-2022, 22:12

44 günlük Vətən müharibəsində tarixi qələbəmizin əldə olunmasında və torpaqlarımızın alınmasında şücaətlik göstərərək şəhidlik zirvəsinə ucalan Nurlan Abdalovun bu gün 22 yaşı tamam olur.                                                                          Tədbir Sumqayıt şəhər Şəhidlər Xiyabanında şəhidin məzarı ziyarəti ilə başlandı. Əvvəlcə şəhidin məzarına tər çiçəklər qoyudu, xatirəsi ehtiramla anıldı. Şəhid Nurlan Abdalovun xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri, döyüş yoldaşları, dostları, yaxınları onunla ilə bağlı xoş xatirələrdən söhbət açaraq, yad etdilər. Mərasimdə iştirak edən din xadimləri şəhidin ruhuna dualar oxudular, Ulu Tanrıdan rəhmət dilədilər. Tədbir şəhidin adına verilən ehsan süfrəsində davam etdirildi. Əvvəlcə Azərbaycanın Dövlət Himni ilə açıq elan edildi, sonra bir dəqiqəlik sükütla torpaqlarımızın azad olunmasında şəhidlik zirvəsinə ucalan şəhidlər yad edildi.                   
Sumqayıt şəhər icra nümayəndəsi Tərlan Hacızadə, din xadimi  Hacı Ramin Bədəlov, xeyriyyəçi Elçin Lenberanski, tanınmış teleaparıcı Əkbər Yusifoğlu, “XeberTıme.az” analitik informasiya portalının direktoru Yeganə Telmanqızı və bir sıra natiqlər söylədilər ki; 44 günük Vətən müharibəsində                                                    
Azərbaycanın Müzəffər Ordusu bütün dünyaya göstərdi ki, işğal altında olan torpaqlarını öz gücü ilə, öz qüdrəti ilə azad etməyə qadirdir. Bəli, qürurla deyə bilərik ki, bu gün biz qalib ölkənin vətəndaşlarıyıq.  Hər bir Azərbaycan vətəndaşı  xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu. Qələbənin əldə olunmasında hər birimiz canını fəda edən və igidlik göstərən şəhidlərimizə və qazilərimizə borcluyuq. Onların bu şücaəti gələcək nəsillərə ötürülməklə tarix boyu yaddaşımızda silinməz olaraq qalacaq. Qəhrəman şəhidlərimizdən olan ədliyyənin qüruru şəhid Nurlan Abdalov da Vətən sevgisini öz həyatından, arzularından və ailəsindən üstün tutdu. Biz şəhidlərimizlə qürur duyuruq, həm öz xidməti vəzifəmizdə, həm də şəxsi həyatımızda bu məsələlərə səlahiyyətimiz və imkanlarımız çərçivəsində daim diqqətlə yanaşacağıq. Bizim üzərimizə düşən ən böyük vəzifə şəhidlərimizin şərəfli adını qorumaq və yaşatmaqdır. Bu gün buraya toplaşmağımız bizim birliyimizi ifadə edir bəli bizi birliyimiz qələbəyə apardı. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı               
“XeberTıme.az”



 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ