SON DƏQİQƏ

Yurdumuzda torpağın haqq davası

Tarix:19-06-2022, 12:22

Alı  Həsənlinin arzusu Şuşaya bayraq sancmaq olmuşdur                                                                                        
Alı Nofəl oğlu  Həsənli 22 İyun1995-ci ildə Bakı  şəhərində anadan olub. 1sentyabr 2001-ci ildə Bakı şəhəri, Nizami rayonu, şəhid Milli Qəhrəman Ərəstun Mahmudov adına 220- saylı məktəb-
litseyin1-ci sinifinə qəbul olub.2012-ci ildə həmin məktəbin11-ci sinfini bitirib. 2012-ci ildəTQDK-nın keçirtdiyi qəbul imtanında iştirak edərək,430 balnan Azərbaycan Dövlət Neft və Sənaye
Universitetinin"Geofizika Mühəndisliyi"fakültəsinə qəbul olub. 2016-cı ildə həmin ixtisası bitirib. Alı Həsənli 2016-cı ilin-20 iyul tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarına həqiqi hərbi xidmətə yollanmış, Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə Radio telefonçu ixtisası üzrə hərbi xidmət keçmişdir.2017-ci ilin   iyul ayının 4-də hərbi xidməti başa vurub.
Universitetləri və həqiqi hərbi xidməti başa vurduqdan sonra bir sıra müəssisələrdə müxtəlif vəzifələrdə fəaliyyət göstərmişdir. 2018 -ilin Dekabr ayından etibarən SOCAR Təhlükəsizlik idarəsində təhlükəsizlik əməkdaşı kimi çalışıb.2020- ci ilin 21- Sentyabr tarixində SHXÇDK-nin Bakı şəhəri Nizami rayon şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələri sıralarına yenidən çağırılmışdır. 27 Sentyabr -2020-ci il tarixində Azərbaycan Respublikasının erməni təcavüzkarlarına qarşı başlatdığı əks hücum əməliyyatı"Vətən Müharibəsi"də iştirak etmişdir.Füzulinin, Cəbrayıl rayonlarının azadlığı uğrunda mübarizə aparmışdır.21 Oktyabr   2020-ciildə "Vətən Müharibəsi" də Füzuli-Cəbrayıl istiqamətində qəhrəmancasına Şəhidlik zirvəsinə ucalmışdı.
Şəhid Alı Həsənli Nofəl oğlu ölümündən sonra 15 dekabr 2020-ci
il tarixində"Vətəni uğrunda"və 25 dekabr 2020-ci il tarixində "Füzulinin azad olunmasına görə"medalları ilə təltif edilib.
Ailəsi 5-nəfərdən ibarətdir. Özündən başqa Atası,Anası və 2 bacısı var və  Alıdan sonra onlar  vətənə əmanətdir. Evin tək oğlu subay idi.
Ailəsinin yeganə oğlu olan Şəhid Alı Nofəl oğlu Həsənli 21.09.2020-ci ildə könüllü olaraq işdə
olan vaxtı telefonunu söndürərək ailəsindən xəbərsiz təlimlərə qatılmışdır. 27.09.2020-ci ildə Alı
Baş komandan İ.Əliyevin göstərişi ilə "Vətən müharibəsi başlamışdır!".Həmin gündən Alının döyüş
yolun Füzuli rayonunun azad olunması uğrunda başlamışdır.
Təlimlərdə N saylı hərbi hissənin 3-cü taborunda"Rabitəçi"vəzifəsində qulluq edirdi.Düşmənin
xeyli canlı qüvvəsini məhv edərək xeyli sayda ağır texnikasını,silah-sursatlarını qənimət kimi
əldə etmişdilər.Hamının arzusu kimi"Şuşanın"azad olunmasını və zəfər bayramını görmək
onunda arzusu idi.Lakin bu bayramı görmək Ona qismət olmadı.Oktyabr   20-si axşam
saatlarında düşmənin 022 saylı desant qrupu ilə döyüşdə şəhid olmuşdur. Pusquyadüşərək
tabor yerlə-yeksan olmuşdur.Tabordan1nəfər də olsun zabit heyyəti sağ qalmamışdır.
Oktyabr 20-si eşitdik ki,tabor komandiri,batalyon komandiri,rabitə komandiri şəhid olub.
Döyüş yoldaşlarının dediyinə görə,həmən günü 35-şəhid,40-dan çox yaralı olub.Həmin taborun
döyüş fədakarlığı Respublika da bəllidir.
Alının necə bir döyüşçü olması qazilərin verdiyi məlumatlar və medyada gedən döyüş vidolarından məlum oldu. 
Öz şücaəti ilə haqqlı mübarizəmizin iştirakçılarından olan Alının döyüş yoldaşı Ayaz
Allahverdiyevin Alı və Alının Şəhid olması haqqında olan xatirəsindən“Hadisə 20 oktyabr axşam
saatlarında düşmənlə üzbəüz gəldik də nə baş verdi. Onlar bizim formada olduqları üçün əvvəlcə
çaşdıq.Sonra gördük bizimkilər deyil, onları vurduq.Daha sonra mövqeyi dəyişmək istədik ki,
uşaqlar müdafiə xətti qurabilsin.Alını kürəyindən vurdular. Mən ağır yaralandım,qarnım və
budumdan güllə dəydi.Hücuma keçən eyni uşaqlar idi,onlardan biri və birnecəsinn də Alı. 5nəfərlik
qrupdan Əzizov Tərlan və mən sağ qaldıq”.
Qazi Süleymanın xatirələrindən" Oktyabr 19-u axşam hava çox soyuq idi.Plaş palatkanın
altında yatmışdıq.Alıdedi ki, nəfəsimizi nəfəsimizə verib yataq.Səhərəqədər hər ikimiz
nəfəsimizi bir-birimizə verib yatmışıq.
Onun döyüş yoldaşlarının dediklərinə əsasən,döyüş zamanı, Alı şəhid qardaşlarının neyrtral
zonalardan çıxarılmasında komandir ad çəkməmiş,könüllü olaraq irəli atılarmış.Döyüşlərdə
hücuma keçənlərdən birincisi də elə Alı idi.Həyatda hərzaman birinci olmaq istəyirdi.Ən uca
zirvə olan Şəhidlik zirvəsində rahat uyu Alı.
Alının döyüş yolu Füzuli,Cəbrəyıl,Xocavənd,Zəngilan rayonlarının işğaldan azad olunması
uğrunda olmuşdur.
Ali baş komandan Alı Nofəl oğlu Həsənlinin döyüş fəaliyyətini qiymətləndirərək"Vətən uğrunda",
"Füzulinin azad olunması uğrunda", "Xocavəndin azad olunması"medalları ilə təltif edilmişdir.
 
 
Alı Nofəl oğlu Həsənli Xatirəsinə
     

Cavab tapa bilmirəm
 

İmkan vermədi fələk üzüm gülsün,
Balam xoş günlərin xoşbəxt olsun.
Gözümün işığı o, birdənəydi,
Alı  istəkliydi,şirin tikəydi.
///
O.mənə hər kəsi edirdi əvəz,
Onsuz bu dünya da mənə dar qəfəs.
Boğuluram   sanki, almıram nəfəs.
Allahım səbr ver,səbrim tükəndi.
///
Ağlımda o qədər suallar var ki,
Özümdə cavabın tapa bilmirəm.
Allah özü üçün böyütmüş sanki,
O, qüsursuz insan, mükəmməlidi 
///
Görüşmədi bizimlə,   işdən getdi,
Qanadlanıb uçurdu çox sevinirdi,
Qarabağı   alacağıq deyirdi.
Haqq davamız olduğunu bilirdi.
///
Döyüşdə olduğunu bilmədim
Alı bizə deməzdi, bildirmədi.
Zəng etmişdi son dəfə danışdım,
Bilsəydim saatlarla danışardım.
///
Cəbrayılın Gecəgözdü kəndində,
Sübh namazı çəkilən vaxt ərzində.
Mühasirədə qalır yoldaşlarıyla,
Üz- üzə vuruşur,alçaq haylarla.
///
Mənfur düşmənlər   həddini aşıb,
Üç rəngli bayrağı göyə qaldırıb.
Aldanıb tələyə   düşüblər orda,
Şəhidlik şərbətin içirlər onda.
///
Bəs edərdi düşmənin ordusuna,
Dönmüşdü ildırım alovlarına.
Alı sanki, alınmaz bir qalaydı,
Cəsarətli cüssəli əjdahaydı.
///
Alı o qədər safdır,sadə təmizkar,
Könüllü getmişdi o bir xilaskar.
Cəbhədə  rabitə işin bacarır,
Şəhid dostlarını neytraldan çıxarır.
///
Oğul yoxluğuna barışa bilmirəm,
İçimdə çəkirəm dərdi,demirəm.
Alı taytuşundan yaman seçildi,
Dumana  buluda dönmüşəm indi.
///
Ürəyimin şah damarı kəsildi,
Bu olanlar, nəfəsimi kəsibdi.
Sənin bu yoxluğun mənə qənimidir,
Düşmənə nifrətim, sonsuz kəsgindir.

SEVDA İBRAHİMLİ 
27/05/2022

 
 
Atası-Həsənov Nofəl Qurban oğlu-22.09.1962ci ildə Gürcüstan
Respublikasında anadan olub, Bakı şəhər Nizami  rayon sakinidir.
Anası-Həsənova Ramilə Xalid qızı-05.02.1968ci ildə Gürcüstan
Respublikasında anadan olub,Bakı şəhəri Nizami rayon sakinidir.
O,ən yüksək insani keyfiyyətlərin sahibi kimi hər zaman hər bir
insana əlindən gələn köməkliyi göstərirdi hər bir mənada.
Qarşısındakı insana iynəucuqədər köməklik etsəydi,hədsiz çox
sevinərdi.Döyüşdə olduğu müddətdə də həmin yüksək insani
xüsusiyyətini itirməmişdir.
 
Şəhid Alı Həsənlinin   atası Nohəl müəllimin könlünün səssiz fəryadına ithaf edirəm
               

             Dərdinin dərmanı
 

Bir ata tanıdım məğrur, dözümlü,
Ovuda bilmədim onun, könlünü.
Bitirə bilmədim mən heç sözümü,
Soruşdum mən dedim ata, necəsən?
///
Gündüzü olmayan günəşi sönmüş.
Yaşayan ölüyəm dünyadan köçmüş.
Elə bil tanrının üzündə dönmüş.
Sus danışma soruşma ki,necəsən?
Qaranlığa bürünmüş sanki,gecəyəm.
                 ....
Bir ağır yük alıb çiyinlərinə,
Yer tapa bilməyir insan özünə.
Söz keçirə bilmədi,kövrək  qəlbinə,
Köksündə sızlayan oğul dərdinə,
- Allahdan əlacsız ölüm, istərəm.
///
Hiss etdim qəlbinin yanğı odunu,
Səssiz fəryadının   döyüntüsünü.
Ürəyi o qədər doluydu sözlə,
Ürək hökm eylədi dedi ki,gözlə.
Atanı dinlədim məndə, diqqətlə.
///
Könlünün harayı, əsla bitmədi,
Sanki uca göylərdən imdad istədi,
O, Alıdan danışmaq istəyirdi,
Qəm karvanı onu hey izləyirdi.
Nə dərdi bitəndi,nə sözün sonu,
Danışdı dinlədim yenidən  onu.
///
- Bu dünyada yaşayan bir ölüyəm,
Alı adlı dərmanın xəstəsiyəm.
Dərdimin dərmanın çağırın gəlsin,
Yaramın üstünə məlhəmin çəksin.
////
İtirdim mən  Alı adlı  balamı,
Cəbrayılda  yerdə şəhid qalanı.
Qayıtmayıb,qaytardılar torpağı.
Xarıbülbül vətəni Qarabağı.
///
Yurdumuzda torpağın haqq davası
Könlümüz də açdı oğul yarası.
Ay ulduzlu gözəl parlaq sancağı,
Üstlərinə sərmişik al bayrağı.
///
Tabutda var üç rəngli al bayrağı.
Üstündə var ay   ulduzlu  hilalı.
Məzarın üstünün o bəzəyidir.
Şəhidlik zirvəndə o əbədidir.

SEVDA İBRAHİMLİ 
29.05.2022
Bakı


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ