SON DƏQİQƏ

Qalib ordunun zabiti şəhadət ucalığı ilə tarix yazdı

Tarix:24-06-2022, 16:13

Hər anı bir qəhrəmanlıq salnaməsinə çevrilmiş 44 günlük Vətən müharibəsində  qanı ilə tarix yazan qəhrəmanlarından biri kəşfiyyatçı leytenant şəhid Vüsal Muradovun ailəsini ziyarət etdim. Qapını şəhidin anası Kəmalə xanım açdı. Xüsusi insanlıq kefiyyətləri ilə seçilən ana həmişə kimi məni xoş, isti bir münasibətlə qarşıladı. Şəhidin boya-başa çatdığı binanın yanında şəhidin xatirə lövhəsi ucaldılıb və böyüdüyü evin ilk addımlığından başlayaraq bir-birindən fərqli foto stendlər, şəhidin şəxsi geyimləri, əşyaları şəhidin adını, xatirələrini xatırladır.   Kəmalə xanım xeyli Vüsalla bağlı xoş xatirələrdən danışdı. Onun məktəb və tələbəlik illərindən, ailəyə bağlı olmasından söhbət açdı.                                                                     
ANA bəşəriyyətin ən böyük sözüdür, biz sizin qarşınızda baş əyirik əziz şəhid anaları!  

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı
“XeberTıme.az”
 


 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ