Bu gün şəhid Yaqub Nəcəfovun mövludu günüdür.
Bu fani dünyadan hər kəs köçüb gedəcək. Lakin neçə, hansı adla? Bunu heç kim bilmir. Amma yolunu seçənlər və seçdiyi yolun sonunda ölüm olduğunu bilə-bilə ölümün üstünə gedənlər digərlərindən fərqli olur. Onların sanki mənəviyyatıda, öz dünyasıda fərqli bir aləmdədir. Çünki onlar canını nəyin uğrunda fəda edəcəklərini bilənlərdir. Şəhidlik zirvəsinə layiq olanlardır.
Yenə fikirlərimiz, düşüncələrimiz, baxışlarımız bir nöqtəyə tikilir. Bəzən qürurla, bəzəndə təssüüflə, bəzəndə iftixarla xatirimizdə, ürəyimizdə yaşadacağımız qəhrəmanlarımız var . illər ötür, yaş ustünə yaş gəlir. Amma daim gənc qalan, eyni yaşda daima yaşayan, bayrağa bükülən şəhidlərimiz heç zaman qocalmır. Dəyişilməyən bir yaşda, simasında nur sanki dil açıb danışar kimi şəkillərdən, tablolardan, filmlərdən, ekranlardan baxır bizə. Şəhid Yaqub Nəcəfovun baxdığı kimi…
Yaqub Məhəmməd oğlu Nəcəfov iyulun 7-də 2002-ci il də Culfa rayonunda anadan olub. Həmin rayonda da orta məktəbin birinci sinfinə gedib. Onun ilk müəllimi anası Xuraman xanım olub. Xuraman xanımla üz-üzə oturmuşam. Onun qürurlu, o, qədərdə qəmli gözləri, ağaran saçları, qürurunun və qəm yükünün ağaırlığını birlikdə daşıyan gözlərinə baxdıqca sükut içində bir fırtınanı duymamaq mümkün deyildi. Xuraman xanım hər bir kəsin qəlbində qürurlu, məğrur duruşu ilə iz qoyub. Üç qəhrəman oğul anası olaraq gələcək nəsillərə bir örnək, bir nümunədir Xuraman xanım. Onunla söhbət etmək xoş olduğu qədərdə ağır idi. Yqaubun vətənpərvərliyindən, cəsarətindən, dürüstlüyündən ağız dolusu danışan Xuraman xanımın heç unuda bilmədiyi bir xatirə var. Xuraman xanım deyir ki; bir dəfə dərs zamanı Yaqub kitabda “Qanlı Yanvar” sözünü göstərib dedi ki; Müəllim, olmaz ki, “qanlı” sözünü burdan silək? Bu söz burda olmasın…O, zaman onun üzündə bir intiqam, o sözü ora yazdıranlara qarçı bir nifrət görsənirdi…Onun o, balaca ürəyində vətən sevgisi, torpaq məhəbbəti lap uşaqlıqdan hiss olunurdu dedi, Xuraman xanım.
Xuraman xanımın üzündə övlad həsrəti ilə qürür, iftixarla səbr bir-birini əvəz edərək çox güçlü bir ana səbri yaratmışdı. Bu gün onun qəhrəman övladlarından evin son beşiyi Yaqub Nəcəfov şəhidlik zirvəsinə uçalmış, ekiz qardaşlar İsmayıl hərbi vəzifəsini yerinə yetirmək də, İbrahim isə gözünün nurundan vətənə pay verərək qazi adını qazanmışdır.
O, xalqın ki, şəhidi, qazisi, qəhrəman övladalrı var, o xalq, o, millət daim yaşayacaq və yaşadacaq. O, xalqın bayrağı heç bir zaman zirvələrdən enməyəcək. Mövludun mübarək bayrağa bükülüb vətənini səmalardan seyr edən şəhidim!
Sən heç zaman unudulmayacaqsan!
Əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə qəhrəmanlığın dillərə dastan olacaq!
Neçə-neçə oğullar doğulacaq, analar “Yaqub” adını qoyacaq övladlarına, vətən sevgin örnək olacaq canını fəda etdiyin xalqına.
Sənin adın bir qəhrəman kimi daim yaşayacaq, daim bir ömrün 20 yaşında yaşayacaqsan şəhid Yaqub Nəcəfov!
Ulduz Eyvaz
"Qızıl Qələm" media mükafatçısı