SON DƏQİQƏ

Qardaşım oğlu Asiman şəhidlik zirvəsinə ucaldı

Tarix:23-11-2020, 17:22

Rauf İlyasoğlu- Noyabrın 6 -da qardaşım oğlu , kəşfiyyatçı  Asiman Niyaz oğlu Allahverdiyev   vətənimizin azadlığı və ərazi bütövlüyümuz  uğrunda  mərdliklə döyüşərək  igidlik göstərmiş və  şəhidlik zirvəsinə ucalmışdır.
İgid şəhidimiz Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırıldı.
Asimanın 22 yaşı var idi. Hərbi xidmətini başa vurduqdan sonra Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində maxer ( uzun müddətli)   vəzifəsində xidmət edirdi. Kəşfiyyatçı olaraq  döyüş   tapşırıqlarını yüksək səviyyədə yerinə yetirdiyi üçün komandirləri tərəfindən  dəfələrlə diplom , təşəkkür və hədiyyələrlə təltif olunmuşdu. Hər şənbə və bazar günləri evə gələrkən anasının boynunu qucaqlayar və deyərdi: -Ana , mən şəhid olsam, məni ağlamazsan .  Mən butun nəslimizə baş ucalığı gətirəcəyəm.
Anası isə cigərparasını  əzizləyərək " elə demə oğul , Sənin yerinə mən ölərəm. Qadan mənə gəlsin"-  deyə oğlunu əzizləyir və xoş xəyallarla yaşayardı.
Gah da deyərdi ki, ana,  hərbiçilərin toyu bilirsən necə gözəl keçir, əsgər və zabit dostlarımız hamısı toya  gəlir, bir qiyamət olurki. 
Çox heyf ki, arzuları yarımçıq qaldı   Asimanın.
Bir mütəxəssis olaraq həm ixtisasını artırmaq ,həm də ingilis dilini mükəmməl öyrənmək üçün  oktyabr ayının 1- də qardaş Türkiyə Respublikasına oxumağa gondərilirdi. Sentyabrın 27 də Ali Baş Komandanımız vətənimizi  düşmən təxribatlarıdan və hücumundan müdafiə  etmək naminə hücum əmrini imzalayan gündən ön cəbhəyə  birincilər sırasında   kəşfiyyata   könüllü  yazıldı Asiman balamız. 
Füzuli rayonunun erməni quldurlarından azad olunmasında əsl qəhrəmanlıq göstərdi. Növbəti döyüşlərin birində əməliyyat tapşırığını yerinə yetirərkən igidlik göstərmiş , cəsur kəşfiyyatçı ağır yaralanaraq şəhidlik zirvəsinə yüksəlmişdir. 
Anası Sevinc xanımın dediklərindən:-" Ekiz övladlarımı çox çətinliklə böyütdüm.
Qız həyalı cüt ogullarımla çox qürur duyurdum. Cavidan işləyirdi.  Asiman da   təzə işə  düzəlmişdi. Əmək haqqı da yüksək idi. Özünə ev tikdirirdi. Bir gözaltısı da var idi. Balamı evləndirmək istəyirdim. Amma bu gün evimizə balamın bayraqla bəzədilmiş tabutu gəldi.Təzə tikdirdiyin evin də yarımçıq qaldı, arzuların da bala. Sənin yaralı canına canım qurban, balam, gözümün işığı.
 Allah erməniləri məhf eləsin. 
İşğalçı ermənilərin də analarının ürəyi mənim kimi dağlansın , torpagımizdan rədd olsunlar." 
Üç ildən çoxdur ki, ağır xəstə olan atası Niyaz isə olum və ölümlə mübarizə aparırdı .  Başı bəlalar çəkmiş atanın beli bükülmüş və  həkimlər onu təcili əməliyyata hazırlayıblar.
Şəhid Asiman balamızın dəfnində bir iztiham hiss olunurdu. Küçələr və xiyabanlar Azərbaycan və Türkiyə bayraqları ilə bəzəfilmisdi.
17 - ci  məhəllədən Şəhidlər xiyabanına qədər insan axını  şəhidimizi son mənzilə yola saldılar. Sumqayıt şəhər icra hakimiyyətinin rəhbərləri də dəfndə iştirak etdilər. 
Şəhidlər ölməzdir, vətən bölünməz .
Ruhun şad , məkanın cənnət olsun qardas oğlum.
Bu acı xəbərdən çox sarsıldıq, nitqimiz qurudu, boğazımızdan bir qurtum su da keçmədi.
 Nə qədər kədərlənsək də,  sən öz ölümsüzlüyünlə  xalqımıza şərəf gətirdim. Sənə bir əmi olaraq qulluğunda dura  bilmədim, Sən bu gənc yaşında tarix yazdın, Şəhidlik zirvəsinə ucaldın. Hər birimiz isə şəhid qarşısında baş əyirik. Biz nə qədər yaşayacaq da , siz şəhidlərə borcluyuq.
 Sən öz   mərdliyinilə, cəsurlugunla    xalqımızın qəlbində əbədi  bir məskən  qurdun, Asiman,   xalqımızın qisasını gavurlardan mərdliklə  aldın. 
Şanlı ordumuz , İgid əsgər və zabitlərimiz Ali Baş Komandanımızın rəhbərliyi ilə cəmi  Şəhidlərimizin qisasını alır və bundan sonra da işğalçı quldur, terrorçu dəstələri   yurdumuzdan qovacaqlar.
Şuşada tam qələbə qazandıqdan sonra cəmi şəhidlərimizin  pak   ruhu da şad olacaq . Şərəfli ölümünlə ölümsüzlüyüyə qovuşdun.
Hər kəs o uca zirvəni fəth edə bilməz. 
Rahat uyu,  əziz şəhidimiz! Bizi bağışla ki, sənə kömək edə bilmədik.


Məzarın ilahi nuruyla dolsun, Asiman.

Rauf İlyasoğlu   
Yazıçı, publisist, 2- ci qrup əlil
   

                                                                                                                                                                 Y

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ