SON DƏQİQƏ

Laçında şəhid olan Anar Kazımov 4 ayın əsgəri olub

Tarix:3-08-2022, 22:09

Bu gün şəhid olan əsgər Kazımov Anar Rüstəm oğlu əslən Şəmkir rayonundandır. 
Erməni silahlıları Laçın istiqamətində Azərbaycan Ordusunun bölmələrini atəşə tutub, əsgərimiz şəhid olub 
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub. 
Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.
Allah rəhmət eləsin! 

“XeberTıme.az”

 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ