SON DƏQİQƏ

ŞƏHİD ƏSGƏRİM

Tarix:4-08-2022, 17:44

Şəhid əsgərim
Dördcə ayın əsgərin
Ön cəbhəyə yollayan,
Gərək özü gedəydi
Komandir! Yatma, oyan! 

Düşmən çox məkirlidir, 
Ayıq sayıq dayanaq.
Çaqqal təki kirlidir,
Deyin, kimi qinayaq? 

Pesəkar hərbiçilər.
Sərhəddi qoruyalar 
Təcrübəsiz əsgərin 
yeri arxa cəbhədir .

Ən azı altı ayı, 
Əsgər öyrənməlidir
Hərbinin sirlərini,
Mükəmməl bilməlidir.

Analar böyudurki,
əsgərlər şəhid getsin? 
Məmurun balaları ,
BMB də kef etsin? 

Evin tək oğulların
Qoruya dövlət hər an, 
Bir əsgərin barmağı
Qanamaya heç zaman.

Rauf İlyasoğlu

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ