SON DƏQİQƏ

Şəhid Tahir Əliyev izdihamla torpağa tapşırıldı - FOTOLAR

Tarix:7-08-2022, 00:06

Şəhid Tahir Əliyev izdihamla torpağa tapşırıldı - FOTOLAR Şəhidimiz Tahir Cingiz oğlu Əliyev Ağstafa rayon Şəhid Xiyabanında  izdihamla torpağa tapşırıldı. 
 
Ağstafanın Xətai kəndindən olan Vətən oğlu ilə əvvəlcə doğma evində vida mərasimi keçirilib. Daha sonra rayonun Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidimizin doğmaları ilə yanaşı Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxsləri, müharibə iştirakçıları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. 
Qeyd edək ki, avqustun 5-də Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Tahir Əliyev Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçasının üzərinə düşməsi nəticəsində bədən xəsarətləri alıb. Həkimlərin səylərinə baxmayaraq O, şəhidlik zirvəsinə ucalıb. 
Allah şəhidlərimizə rəhmət etsin!
 
Mirzahid Hacıyev                                                                          
Hərbi ekspert


 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ