SON DƏQİQƏ

ŞƏHİD XUDUYEV SAMİR SƏMƏD OĞLU.

Tarix:10-08-2022, 01:06

ŞƏHİD XUDUYEV SAMİR SƏMƏD OĞLU.

Əslən Füzulinin Əhmədalılar kəndindən olan Samir Səməd oğlu Xudiyev 18 İyul 2003-cü ildə anadan olub. 05 avqust 2022-ci il tarixdə  Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçasının üzərinə düşməsi nəticəsində şəhid olan  Xudiyev Samir 13 ayın əsgəri olub.
Qardaşının dedikləri:
“Samirin tərxis olunmasına beş ay qalmışdı. Çox nümunəvi əsgər idi, Komandoda xidmət edirdi. Əvvəl Qusarda xidmət edib, ötən ilin sentyabrından xidmətini Laçında davam etdirirdi. Qardaşımın şəhid xəbərini işdə olanda öyrəndim, instaqramda gördüm. Samirin sinif yoldaşı səhifələrin birindən məlumatı mənə göndərmişdi. Şəkil yox idi, ad-soyadı görəndə inanmadım, tez evə gəlib gördüm ki, camaat evin qarşısına toplaşıb. Atamın səhhətində problem olduğu üçün, birinci əmimə zəng edib deyiblər. Samir mənim tək sirdaşım idi, indi bilmirəm, dərdimi kiminlə bölüşəcəm”.
Samir Səməd oğlu Xuduyev Bakı şəhəri, Ramana qəsəbəsinin "Şəhidlər xiyabanı"nda torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

Rauf İlyasoğlu

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ