SON DƏQİQƏ

Aprel döyüşləri iştirakçısı, Vətən müharibəsi qazisi şəhid oldu - FOTO

Tarix:14-09-2022, 08:38

Ötən gecə Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi təxribatda şəhid olan 50 hərbçimizdən biri də Ziyarət Hüseynovdur.
XeberTıme.az  bildirir ki, axınlarının verdiyi məlumata görə, Ziyarət 15 may 1994-ci ildə Biləsuvar rayonunun Amankənd kəndində anadan olub. Ziyarətgil ailədə 3 uşaq - 1 bacı, 2 qardaş olublar.
Ziyarət Hüseynov həqiqi hərbi xidmətini başa vurduqdan bir müddət sonra XTQ-nin sıralarında müddətdən artıq hərbi qulluqcusu kimi Vətənin keşiyində durub. Həm Aprel döyüşlərində, həm də Vətən müharibəsində vətənimizi qorumaq üçün düşmənlə üz-üzə savaşmışdır. Müharibədə aldığı ağır xəsarətlərə baxmayaraq qazilik statusundan imtina edib. Sağaldıqdan sonra yenidən işğaldan azad olan ərazilərdə xidmətə başlayıb.
Şəhid Z.Hüseynov ailəli idi, bir qızı Vətənə yadigar qaldı.


Allah rəhmət eləsin!


“XeberTıme.az”




FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ