SON DƏQİQƏ

Şəhid məzarı abadlaşdırıldı

Tarix:21-09-2022, 07:44

" Həkəri " qəzətinin ötən saylarında və Xəbər taym saytında " Məzarı abadlaşdırılmayan şəhid " başlıqlı tənqidi yazımı çap olunmuşdu.
Lerik rayonunun Vılık kəndində uyuyan şəhid Balaş Atakişi oglu Dövlətovun məzarının baxımsızlıq ucbatından bərbad vəziyyətə düşməsindən yazmışdım.
28 il bu rayona rəhbərlik etmiş şəxslər bir dəfə də şəhid məzarına baş çəkməmişdilər.
Lerik rayonuna təzə təyin olunmuş icra hakimiyyəti  başçısı, vətənpərvər ziyalı dostumuz  Əkbər Abbasov   məni və şəhidin qardaşı. Qarabağ müharibəsi veteranı Nədiş Dövlətovu səmimi qəbul edərək şəhid məzarının  icra hakimiyyətinin daxili  imkanlari hesabına  təmir edilməsinə söz vermisdi. 
Sözünə də əməl etdi.  Əhsən olsun belə icra başçısına. Onu da qeyd edim ki ,tez bir zamanda şəhidin adını daşıyan Vılık kənd məktəbində qəhrəman igid Dövlətov Balaşın portreti  ucaldılmış, şəkli şərəf lövhəsində asılmışdır.
Bir ay ərzində uçuq vəziyyətdə olan  şəhid məzarınin üzəri qara mərmərlə götürüldü. 
Biz də öz adımızdan ,eləcə də Dövlətovlar ailəsi  adından,  şəxsən şəhidin qardaşı Nədis Dovlətovun adından    Lerik rayon icra hakimiyyətinin başçısı Əkbər müəllim başda olmaqla bu işdə əməyi olan hər kəsə dərin  təşəkkürumuzu bildiririk. 
Bu gün şəhidimizin atası Atakişi Dovlətovun da,anası Şahsənəm ananın da ruhları şad olub. Oğlunun məzarı şəhid adına uyğun bərpa olundu.
Rauf İlyasoğlu,
Həkəri qəzetinin baş redaktoru

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ