SON DƏQİQƏ

General-mayor Hilal Nəcəfov Şabranda şəhid ailələrini ziyarət etdi- FOTOLAR

Tarix:25-09-2022, 03:33

Hilal Nəcəfov- Vətən sevgisini qəlbən yaşayaraq canını fəda verən şəhidlər hər birimizin qəlbində əbədi bir heykəl qurdu.                                                                    Hər zaman şəhid ailələrini və Qarabağ qazilərini diqqətdə saxlayaraq qayğısını əsirgəmiyən  General-mayor Hilal Nəcəfov Müdafiə Nazirliyinin və N saylı hərbi hissənin  bir sıra zabit heyyəti ilə Şabran rayonunda, kəndlərində Giləzi kəndində  yaşayan şəhid ailələri ilə birgə  şəhid məzarlarını, Şabran rayonunda yerləşən Şəhidlər Xiyabanını ziyarət etdi. Şəhidlərin xatirəsi yad edilib, məzarlarına gül-çiçək düzülüb, dualar oxunub. Şəhid ailələrinə başsağlığı verərək, onlara uca Allahdan səbir diləyən General-mayor şəhidlərin keçdiyi şərəfli döyüş yolundan söhbət açdı. Vətən uğrunda canından keçənlərin xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacağından  danışdı. Qanları ilə tarix yazan şəhidlərimiz bizim qürur yerimizdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyət, iradə, əzm, milli ruh və yüksək idarəçilik dəyərləri və rəhbərliyi, xalqımızın vətənpərvərlik duyğularının birgə həmrəyliyi ilə Azərbaycan Ordusu tarixinin ən şanlı və şərəfli qələbəsini qazanmaqdadır. Hər birimiz əsillərdən bizə miras qalan ən ülvi hisslərimizlə qələbə dəyərlərini gələcək nəsillərə daşıyırıq. Azərbaycan özü boyda bir mübarizə meydanıdır, bütün dünyanı heyrətə salacaq döyüş meydanında uğurlar Ali Baş Komandanın sarsılmaz qətiyyətinin göstəricisidir.   Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarımız Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.     
Şəhidlər mərdlik və şücaət nümunəsidir.                                                                    

Yeganə Telmanqızı               
“XeberTıme.az”



 

  

 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ