SON DƏQİQƏ

Unudulmaz Qəhərəman!- Elmar Nəsibov

Tarix:14-10-2022, 00:46

Budur Zəfər tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsinin 2-ci ildönümüdə gəlib çatdı. Vətənin azadlığı, istiqlaliyyəti yolunda canını qurban verən,xalqın rifahı və xoşbəxtliyi naminə şəhid olan qəhrəmanlar heç vaxt unudulmur, ölümləri ilə ölümsüzlüyə qovuşur.13.10.2022-ci il tarixində Sumqayıt şəhərində 44 günlük Vətən müharibəsində   qanı ilə tarix yazan qəhrəmanlarından biri gizir Elmar Nəsibovun anım günü idi.    
Anım mərasimi Sumqayıt şəhər Şəhidlər Xiyabanında başlandı. Şəhidlərin əziz xatirəsi ehtiramla yad edildi, ruhlarına dualar oxundu. Şəhid Elmar Nəsibovun ailə üzvüləri, şəhid ailələrinin üzvüləri, Sumqayıt şəhərinin bir sıra rəsmi nümayəndələri, yaxınları, dostları onun məzarını ziyarət edərək gül əkililəri, çiçəklər qoydular. Elmar ilə bağlı xoş xatirələrdən danışdılar. Uca yaradandan cəmi şəhidlərimizə rəhmət, ailələrinə səbr diləndi. Hərbi qulluqçu, gizir Nəsibovun keçdiyi şərəfli və çətin döyüş yolundan söhbət açaraq böyük hörmətlə andılar.  
Mərasim şəhidin adına açılan ehsan süfrəsində davam etdirildi. Anım tədbirində iştirak edən bir sıra müəssə və təşkilat rəhbərləri, Qarabağ qaziləri, qonaqlar,  media nümayəndələri, din xadimlər şəhidlik zirvəsinin müqəddəsliyindən, əbədiliyindən, ucalığından söhbət açdılar. Vətən oğullarının doğma el-obaya sədaqəti, onların mərdliyi və  şücaəti İkinci Qarabağ müharibəsində özünü bir daha göstərdi. Qırx dörd günlük Vətən savaşında  igidlikləri ilə ölkəmizin ərazisini bütövləşdirən, itirilmiş torpaqlarımızı axan qanları ilə yenidən Vətənləşdirən şəhidlərimizin hər biri bizdən cismən ayrıldısa ruhən bizimlədilər. Onların hər biri bir ailənin övladı, bir nəslin doğması, bir elin-obanın yetirməsidir. Düşmən  gülləsinə sinəsini sipər edən Vətənimizi, torpaqlarımızı qoruyarkən şəhid olan igid Vətən oğullarından biri də Elmar Şirzad oğlu Nəsibovdur. O, da minlərlə gənc kimi Vətən uğrunda şəhid olaraq qızıl hərflərlə hərb tarixinə öz adını yazdırdı. Tədbirə gələn qonaqlar şəhidin ev muzeyinə müxtəlif hədiyyələr təqdim etdilər. AJB-nin üzvü Yeganə Telmanqızı tərəfindən şəhidin anası Sürəyya Mehdiyevaya şəhidin rəsmlərini əks edirən qələbəmizin rəmzi olan Xarı Bülbül suvineri təqdim olundu.     
Şəhidlərimizin əziz xatirəsini daima hörmət və etiramla anacayıq.

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
 
Yeganə Telmanqızı 
 “XeberTıme.az”



 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ