SON DƏQİQƏ

Zəfər Yolu İctimai Birliyi Şəhid ailələri üçün ehsan süfrəsi təşkil etdi- FOTO

Tarix:24-10-2022, 23:45

Pərvanə Abdullayeva- “Şəhidlik uca və müqəddəs bir zirvədir.”                                          23 oktyabr 2022-ci ildə Zəfər Yolu İctmai Birliyi "Zəfər Günü" ilə bağlı silsilə tədbirlər çəçivəsində Xırdalan qəsəbəsində yerləşən  Beyti Kabab restoranında şəhid ailələri üçün ehsan süfrəsi açdı.
Ehsan süfrəsində əvvəlcə dövlət himni səsləndirilib, şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, onların ruhuna dualar oxunub.
Beynəlxalq İctimai Təşkilatın - "Ümumdünya Fars-Ərəb-Türkdilli və Qafqaz Xalqları Konfederasının", Azərbaycan üzrə vitse-prezidenti  və  Zəfər Yolu İB-in sədri, şair-publisist Pərvanə Abdullayeva bir ömur şəhidlərə borclu olduqlarını bildirib: "Şəhidlik uca və müqəddəs bir zirvədir. Şəhid ailələri və qazilər hər zaman Cənab prezident İlham Əliyev və I Vitse-prezident Mehriban xanım Əliyevanınin diqqətin və qayğısını üzərlərində hiss edirlər. 
Cənab prezident 44 günlük müharibə dövründə ermənilərə gizlin yardım edən xarici qüvvələrə də lazimı mesajlarını verdi. Xalqını tək qoymadı, qardaş Türkiyə, Pakistan dövlətlərini bizlərə siyasi arenada da dəstəklərini ifadə etdilər. Allah vətən, dövlət, uğrunda canlarından keçən şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Qazilərimizə tezliklə şəfa tapsınlar. Veteranlarımıza da Allah can cağlığı versin!"                                     

Zəfər Yolu İB-in sədr müavini, tarixçi Nizami Məmmədov 44 günlik Vətən Müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın dəstəyi ilə rəşadətli ordumuzun 30 il işğal altında olan torpaqlarımızı azad edərək qazandığı tarixi qələbədən bəhs edib: "Qələbəni bizlərə qanları ilə bəxş edən şəhidlərimizin ailələri, sağlamlıqlarını bu yolda qoyan qazilərimiz hər zaman dövlətin diqqəti və qayğısı ilə əhatə olunub".    
Zəfər Yolu İB-in digər əməkdaşları Qarabağ müharibəsi istirakçısi İlqar Məmmədov, Hacıbala Əhmədov və Zəfər Yolu İB-nin könüllüsü, Zəfər Yolu İB-nin ictimayyətlə əlaqə şöbəsinin müdiri jurnalist Rübabə Vəliyeva da şəhid ailələrinin hər zaman yanlarında olduqlarını, şəhid ailələrinin biz, Azərbaycan xalqına şəhid əmanətləri olduqlarını söyləyiblər.                                     
Xeyriyyəçi Arzu Fərəcova və “Beyti Kabab” restoranın rəhbəri, xeyriyyəçi Mətin Hüseynzadə isə şəhid ailələrinə hörmət və ehtiram göstərməyin bizlər üçün mənəvi borc olduğunu vurğulayıblar. 
Tədbirin aparcısı, "Zəfər Yolu" kitabının həmmüəllifi, jurnalist Vüqar Şahinoğlu da belə tədbirləri aparmasından şərəf duyduğunu və fəxr etdiyini diqqətə çatdırıb.    
Şəhid ailələrinin üzvləri göstərilən yüksək diqqət və qayğıya görə Zəfər Yolu İB-in sədrinə və kollektivə təşəkkür ediblər.                                                                     
Sonunda Zəfər Yolu İB tərəfindən Azərbaycan Respublikasının ərazi bütovluyü uğrunda gedən doyüşlərdə canlarından keçərək Şəhidlik məqamına ucalan igid doyüşçülər və qəhrəman oğullar yetişdirdiyinə görə Fəxri Fərmanla təltif edildilər, xatirə fotoları çəkildi.

“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ