SON DƏQİQƏ

Şəhidlik Vətənə sevgi zirvəsidir-FOTO

Tarix:30-10-2022, 18:16

Bu gün Azərbaycan Ordusunun mayoru Taleh Kərimovun anım günü keçirildi
30.10.2021-ci il tarixində Sumqayıt şəhərində Müdafiə Nazirliyinin baş kəşfiyyat idarəsinin zabiti, mayor Kərimov Taleh Adil oğlunun anım günü keçirildi. Mərasimdə Sumqayıt şəhər İcra Hakimiyyətinin rəsmiləri, millət vəkilləri, şəhər rəsmiləri, şəhidin ailə üzvüləri, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müdafiə Nazirliyinin zabitləri, şəhid ailələri, şəhidin döyüş yoldaşları, Qarabağ qaziləri, bir sıra rəsmi, şəhər ictimaiyyətinin  və media nümayəndələri, din xadimlər iştirak edib.  
Anım mərasimi Sumqayıt şəhər Şəhidlər Xiyabanında başlandı. Şəhidlərin əziz xatirəsi ehtiramla yad edildi, ruhlarına dualar oxunaraq Allahdan rəhmət, ailələrinə yaxınlarına səbr diləndi. Şəhidin məzarı ziyarət olunaraq gül əkililəri, tər çiçəklər qoyuldu, ruhuna dualar oxundu. T.Kərimovun xidmət etdiyi  hərbi hissənin əsgər və zabit heyyəti onun keçdiyi şərəfli döyüş yolundan söhbət açdılar. Mərasimdə iştirak edən şəhidin iş yoldaşları onunla bağlı xoş xatirələrdən, igidliyindən və qüsusrsuz xidmətindən danışdlar. Mərasim şəhidin adına açılan ehsan süfrəsində davam etdirildi. Əvvəlcə torpaqlarımızın azad olunmasında şəhidlik zirvəsinə ucalanların əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi, Azərbaycanın Dövlət Himni səsləndirildi. Mayor şəhid Kərimova həsr olunmuş film nümayiş olundu.                         
Tədbirə gələn qonaqlar, Müdafiə Nazirliyinin bir sıra rütbəli şəxsləri, dövlət nümayəndələri, Vətən müharibəsi şəhidi Əlizamin Mustafalının anası Ülviyyə xanım, Vətən müharibəsi şəhidi Abdulla Əhmədovun atası Hacı Əhməd Əhmədov Allahdan bütün şəhid ailələrinə səbr, şəhidlərə rəhmət dilədilər.                                      
Qafqaz Müsəlmanları İdarəsinin üzvü Hacı Rauf Sərdarov, Corat Cümə məscidinin axundu, İlahiyyatçı Hacı Sahib Məmmədov, Corat Cümə məscidinin axundunun köməkçisi Sahib Məmmədov şərəfli şəhidlik zirvəsindən söhbət açdılar, müqəddəs kitabımız olan qurandan ayələr, dualar və şəhidlik zirvəsi ən uca və müqəddəs məqamından söhbət açdılar.  Şəhidlik, Vətən olan sonsuz sevginin təcəssümüdür. Vətən, torpaq uğrunda canlarından keçən Taleh kimi şəhidlərimiz daim qəlbimizdə yaşayacaq. Müdafiə Nazirliyinin zabitləri və Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə müdir Tərlan Hacızadə çıxış edərək bildirdilər: 44 günlük müharibə nəticəsində əldə olunan tarixi Zəfər, dünyaya səs salan ən şanlı və ədalətli qələbə Azərbaycan xalqının şanlı tarixinə yeni bir əbədi tarix kimi yazıldı. Respublikamızın ərazi bütövlüyünün bərpası və tarixi torpaqlarımızın işğaldan azad edilməsi naminə canını fəda edən oğullarımızı etiramla anmaq, onları yad etmək hər birimizin mənəvi borcudur.   
Torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından, qanından keçən şəhidlərimizlə, qazilərimizlə, Azərbaycan Ordusunun əsgər və zabitləri ilə fəxr edir, qürur duyuruq!                                                           
Xatırladaq ki, Taleh Kərimov 1985-ci il martın 6-da Sumqayıt şəhərində anadan olub. 1992-1995-ci illərdə Sumqayıt şəhərinin Corat qəsəbəsində 7 nömrəli tam orta məкtəbdə, 1995-2003-cü illərdə isə Məhəmməd Füzuli adına Tibb, Humanitar və Texniкi Təmayüllü "İstedad" Liseyində təhsil alıb. Ali təhsilini isə 2003-2007-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) "Kəşfiyyatçı" ixtisası üzrə alıb.                                    
2007-ci ilin iyun ayından 2008-ci ilin iyun ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərкəzində "Zabit" ixtisası üzrə təlimlərdə olan Taleh Kərimov, 2008-ci ilin iyun ayından 2010-cu ilin mart ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində Motoatıcı Taborun Qərargah rəisinin Kəşfiyyat üzrə müavini və Kəşfiyyat Taqım Komandiri vəzifəsində xidmət edib.                                                               
Taleh Kərimov 2010-cu ilin mart ayından 2014-cü ilin yanvar ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində Motoatıcı Taborun Qərargah rəisinin Kəşfiyyat üzrə müavini və Kəşfiyyat Taqım Komandiri vəzifəsində, 2014-cü ilin yanvar ayından 2016-cı ilin yanvar ayına qədər isə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsinin Kəşfiyyat bölməsinin və Kəşfiyyat rəisinin məlumatların toplanması üzrə rəisi vəzifəsində xidmət edib.   
2016-cı ilin yanvar ayından 2016-ci ilin iyun ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində Kəşfiyyat rəisi və Kəşfiyyat bölməsinin rəisi vəzifəsində xidmət edən Taleh Kərimov, 2016-cı ilin iyun ayından 2016-cı ilin noyabr ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsi Kəşfiyyat rəisi və Kəşfiyyat bölməsinin rəisi, 2016-cı ilin noyabr ayından 2018-ci ilin mart ayına qədər isə Azərbaycan Silahlı Qüvvələrinin 4-cü Ordu Korpusunda Kəşfiyyat şöbəsinin rəisinin məlumatların toplanması və təhlili üzrə müavini vəzifəsində xidmət edib.                                                                
Taleh Kərimov 2018-ci ilin mart ayından 2019-cu ilin noyabr ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsin Kəşfiyyat rəisi və Kəşfiyyat bölməsinin rəisi vəzifəsində xidmət edib. Taleh Kərimov 2019-cu ilin noyabr ayından Azərbaycan Silahlı Qüvvələrinin Kəşfiyyat Baş İdarəsinin Qoşun Kəşfiyyatı İdarəsinin Planlaşdırma və Əlaqələndirmə şöbəsində xidmət edirdi.                                                                                      
Azərbaycan Ordusunun mayoru olan Taleh Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Taleh Kərimov oktyabrın 30-da Qubadlı döyüşləri zamanı şəhidlik zirvəsinə ucalır. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. 
13 illik xidməti dövründə nümunəvi xidmətlərinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan Ordusunun mayoru Kərimov Taleh Adil oğluna "III dərəcəli Qüsursuz xidmətə görə", "III dərəcəli Qüsursuz xidmətə görə", medalı, “Azərbaycan Silahlı Qüvvələrinin  90 illiyi” yubley madalı, “Azərbaycan Silahlı Qüvvələrinin  95 illiyi” yubley madalı, “Azərbaycan Ordusunun 100 illiyi” yubley medalı, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlığa görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif etmişdir.                                     
Sonda xatirə şəkilləri çəkildi.
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı 
“XeberTıme.az” 
   

             
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ