SON DƏQİQƏ

Torpaqlarımızı azad etmək leytenant Muradovun ən böyük arzusu idi- FOTO

Tarix:31-10-2022, 19:55

31.10.2021-ci il tarixində Sumqayıt şəhərində 44 gün davam edən Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan kəşfiyyatçı leytenant  Muradov Vüsal Cəsarət oğlunun anım günü keçirildi. 
Anım mərasimi Sumqayıt şəhər Şəhidlər Xiyabanında başlandı. Şəhidlərin əziz xatirəsi ehtiramla yad edildi, ruhlarına dualar oxundu. Şəhid Vüsal Muradovun məzarı ziyarət olunaraq gül əkililəri, tər çiçəklər qoyuldu Uca yaradandan rəhmət diləndi. Leytenant Vüsal Muradovun kursant yoldaşları, komandir olduğu kəşfiyyatçı hissənin əsgərləri   onun keçdiyi şərəfli döyüş yolundan söhbət açaraq böyük hörmətlə komandirlərini andılar. Təhsil aldığı Sumqayıt şəhər Mayor Anar Şükürov adına 25 nömrəli tam orta məktəbin bir sıra müəllim və şagirdləri, baş kəşfiyyat idarəsinin əməkdaşları, Ağdam rayon və Sumqayıt şəhər icra hakimiyyətinin rəsmiləri, ali təhsil aldığı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursant zabitrləri,  ailə üzvüləri, döyüş yoldaşları, dostları, yaxınları onunla bağlı xoş xatirələrdən danışdlar. Mərasim şəhidin adına açılan ehsan süfrəsində davam etdirildi. Əvvəlcə torpaqlarımızın azad olunmasında şəhidlik zirvəsinə ucalanların  əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi, Azərbaycanın Dövlət Himni səsləndirildi. Tədbirə gələn qonaqlar, Müdafiə Nazirliyinin əməkdaşı Elvin Dadaşov, şəhər rəsmiləri, dini xadimlər şəhidlik zirvəsinin müqəddəsliyindən, əbədiliyindən, ucalığından söhbət açdılar. Natıqlər onu da vurğudular ki, Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan Vüsal kimi gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Şəhid verməyən xalqın mənliyi olmaz. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Allah cəmi şəhidlərimizin məqamın uca etsin. Anım mərasimində şəhid ailələri, Qarabağ qaziləri, icra hakimiyyətinin rəsmi nümayəndələri, media nümayəndələri, şəhər ictimayyəti iştirak edirdi. 
Sonda tədbir iştirakçıları xatirə şəkillər çəkdirdi. 

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
 
Yeganə Telmanqızı 
 “XeberTıme.az” 


              

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ