SON DƏQİQƏ

Nurlan Abdalov Vətəni qoruyaraq şəhadətə ucaldı- FOTO

Tarix:5-11-2022, 23:08

Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. 
05.11.2022-ci il tarixində Azərbaycan Ordusunun MAHHXH Abdalov Nurlan Faiq oğlunun anım günü keçirildi.
Anım mərasimi Sumqayıt şəhər Şəhidlər Xiyabanında başlandı. Şəhidlərin əziz xatirəsi ehtiramla yad edildi, ruhlarına dualar oxunaraq Allahdan rəhmət, ailələrinə yaxınlarına səbr diləndi. Şəhidin məzarı ziyarət olunaraq gül əkililəri, tər çiçəklər qoyuldu, ruhuna dualar oxundu. Nurlan Abdalovun xidmət etdiyi hərbi hissənin əsgər və zabit heyyəti onun keçdiyi şərəfli döyüş yolundan söhbət açdılar. Mərasimdə iştirak edən şəhidin iş yoldaşları, dostları  onunla bağlı xoş xatirələrdən, igidliyindən və qüsusrsuz xidmətindən danışdlar. Mərasim şəhidin adına açılan ehsan süfrəsində davam etdirildi. Əvvəlcə torpaqlarımızın azad olunmasında şəhidlik zirvəsinə ucalanların əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi, Azərbaycanın Dövlət Himni səsləndirildi. Mayor şəhid Kərimova həsr olunmuş film nümayiş olundu.                         
 Tədbirə gələn qonaqlar, şəhər ictimayyəti, şəhid analrı, bir sıra rəsmilər və din xadimləri, dövlət nümayəndələri şəhidlik zirvəsinin ucalığından, Vətən yolunda şahadətə ucalan qəhrəman oğullarımızın şücaətindən söhbət açıldı, Şəhid ailələri baş tacımız, şəhidlər vüqarlı tariximizdir! Torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından, qanından keçən şəhidlərimizlə, qazilərimizlə, Azərbaycan Ordusunun əsgər və zabitləri ilə fəxr edir, qürur duyuruq! Vətən müharibəsi şəhidi Abdulla Əhmədovun atası Hacı Əhməd Əhmədov, Vətən müharibəsi şəhidi Əlizamin Mustafalının anası Ülviyyə xanım, Vətən müharibəsi şəhidi Səbuhi Həsənquluyevin anası Maisə xanım və vətənpərvər könüllü Əziz Əzizov şəhidlərə, Vətənə aid seirlər söylədilər. 
 Din xadimləri şərəfli şəhidlik zirvəsindən söhbət açdılar, müqəddəs kitabımız olan qurandan ayələr, dualar və şəhidlik zirvəsi ən uca və müqəddəs məqamından söhbət açdılar.  Şəhidlik, Vətən olan sonsuz sevginin təcəssümüdür. Vətən, torpaq uğrunda canlarından keçən Nurlan kimi oğullarımız daim qəlbimizdə yaşayacaq. Vətənpərvə qiraətçi 13 yaşlı Aylin Ağayeva şeirlər söylədi, mahnılar ifa etdi.                                                                        

Anım tədbirin aparıçısı vətənpərvər könüllü Əziz Əzizov idi. 
Sonda xatirə şəkilləri çəkildi.
 

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı 
“XeberTıme.az” 


   
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ