SON DƏQİQƏ

Hər bir şəhid yarımçıq qalmış ömürdür…

Tarix:5-12-2022, 21:52

Şəhid Natiq və Azər Novruzov qardaşları adına Nərimanov rayonu 36 saylı tam orta məktəbdə şəhidlərimiz ehtiramla anıldı.                                                                  
Şəhid Natiq və Azər Novruzov qardaşları adına Nərimanov rayonu 36 saylı tam orta məktəbin sinif otağında  (təəssüflər olsun ki, nə 36 saylı tam orta məktəbin,   nə  də 47 və 258 saylı tam orta məktəblərin akt zalı  inşa olunmayıb). Xızı rayonunun Qaraheybət deyilən ərazisındə helikopterin qəzaya uğraması nəticəsində  həlak olmuş 14 nəfər  yüksək rütbəli zabitıərimizin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.
Qəzada şəhid olanlardan biri də bu 36 saylı tam orta məktəbin məzunu Emil Əliyev olmuşdur.
Dövlət himnimiz səsləndirildikdən sonra  vətənimizin azadlığı uğrunda  və ərazi bütövliyümüzü qoruyarkən şəhid olmuş cəmi soydaşlarımızın xatırəsi bir dəqiqəlik sükutla yad edildi.
Məktəbin şagirdləri şəhidlərimizə həsr olunmuş şeirlər söylədilər, vətənpərvər ruhlu mahmılar ifa etdilər.
Məktəbin məzunu olmuş mayor Emil Əliyevin şərəfli ömür yoluna həsr olunmuş vidioçarx mümayiş olundu.
Şəhid Milli Qəhrənanımız Azad Hümbətovun atası, Nərimanov rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov vətənpərvərlik mövzusunda çıxış etdi , şəhidlərimizə rəhmət, qazillərimizə şəfa dilədi.
Məktəbin direktoru, vətənpərvər ziyalı  Gülnarə Cəfərova bildirdi:                                                    

- Məktəbimizin beş nəfər məzunu vətənimizin azadlığı uğrunda  və ərazi bütövlüyümüzü qoruyarkən şəhadətə ucalmışdır. Emil Əliyev də bizim məktəbin əlaçı, nümunəvi  şagirdlərindən idi.
Hazırda 9 a sinifi  mayor Emil Əliyevin adını daşıyır.
Şəhidlərimiz  qəhrəmanlıqları  və  ölməzlikləri ilə işğal olunmuş torlaqlarımızı azad etdilər, alnımızın ləkəsini təmizlədilər. Şəhidlər bizə Qələbə sevincini yaşatdılar. Hər bir şəhid yarımçıq qalmış ömürdür, övladını itirən ana arzusunu itirir. Emil milli ruhda tərbiyyə almışdı. Şəhidıərimiz bizə qələbə sevincini yaşatdılar.
Tədbirdə polkovnik Sucəddin Abdullayev, şair- publisist Rauf İlyasoğlu, şair Təranə Məftun və başqaları çıxış etdilər. Emil Əliyevə  dərs   demiş əməkdar müəllim  Solmaz Hüseynova, Nailə Quliyeva  və şəhidimizin xalası; Emilin nizam - intizamından, dərsə həmişə hazırlıqlı gəlməsindən ağız dolusu damışaraq qonaqlara  kövrək hisslər yaşatdılar.
Mayor Emil Əliyevin anası Şəmdə ana məktəbin pedoqoji kollektivinə,  qonaqlara təşəkkür edib vurğuladı ki,
"Şəhidlik ən uca zirvədir. Müqəddəs kitabımız Qurani Kərimdə də yazılıb ki,  Şəhidlər ölmurlər, onlar diridirlər. Qürurlu şəhid anamızın çıxışı alqışlarla qarşılandı.
Xızı rayonunun Qaraheybət ərazisində helikopterin qəzaya uğraması nəticəsində  həlak olmuş 14 nəfər xüsisi təlim görmüş hərbçi zabitlərimizin siyahısını xatırlatmaqla vətənimizin qeyrətli oğullarını, şəhidlərimizi gəlin  unutmayaq, çünki unutsaq, unudularıq: 

1.Polkovnik Cavadov Fizuli Əli İbrahim oğlu.
2.Polkovnik Nəzirov Emil Nəzir oğlu.
3.Mayor Həsənov Elmir Mir Cəlil oğlu.
4.Mayor Əhmədov Elbrus  Səmrəddin oğlu,
5. Mayor Mayılov Emil Şahid oğlu.
6.Mayor Məmmədov Murad Yaşar oğlu.
7.Mayor Əliyev Emil Elman oğlu.
8. Tibb Xidməti Kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu.
9.Kapitan Bayramlı Cavid Əhliman oğlu,
10. Kapitan Əliyev Xəyyam Əlixan oğlu.
11. Kapitan Qaraisayev Teymur Ənvər oğlu.
12. Leytenant Süleymanov Abdulla Telman oğlu.
13. Baş leytenant Nağıyev Elçin Fikrət oğlu.
14. Ehtiyatda olan Polkovnik Nəbiyev Elçin Fikrət oğlu.

Hadisə zamanı polkovnik leytenant Cəfəgov Emil Məmməd oğlu və kapitan Əfilov Ramin Ramiz oğlu yaralanmışdır. Qaraheybət aviasiya poliqonunda planlı təlim uçuşları keçirərkən həlak olan soydaşlarımız 2- ci Şəhidlər Xiyabanında dəfn olunmuşlar.
Allahdan cəmi şəhidıərimizə rəhmət , qazilərimizə, xəstələrimizə şəfa diləyirik.
Allah xalqımızı və dövlətimizi qorusun. Amin

Rauf İlyasoğlu
P.S 
Onu da qeyd edək ki, 1991- ci ilin noyabr ayının 20 də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında  ın dəhşətli helikoptür qəzadl - terror hadisəsi baş verib.
Azərbaycan Respublikası Dövlət katibi, akademik Tofiq İsmayılov sabiq baş prokuror İst Qayıbov sabiq Daxili İşlər nazori Məhəmməd Əsədov və digər  görkəmli şıxsiyyətlər, ümumilikdə 22 nəfər vətənpərvər ziyalılar faciəli şəkildə həlak   olmuşlar.
Qarakənd helikopter qəzasından, faciəsindən  düz 30 il sonra   noyabr ayında Qaraheybət faciəsi baş vermişdir. 2007- ci ilin okttabrın 15 də Xəzər dənizində Azal Dövlət konserninə məxsus helikopterin qəzaya uğraması nəticəsində 6 nəfər həlak olmuşdur .
2019- cu ilin iyulun 24 - də təlim-  məşq uçuşları keçirdən  Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsua MİQ- 29 təyyarəsi iıə qəflətən rabitə əlaqəsi kəsilmiş , aviasiya vasitəsi  radarlardan itmişdir. Təyyarə dənizə düşəndən sonra uzun axtarışdan sonra təyyarənin pilotu, polkovnik- leytenant  Rəşad Atakişiyevin nəşi tapılaraq torpağa tapşırılmışdır. Allahdan cəmi şəhidlərimizə rəhmət diləyirəm. İllər, qərinələr keçsə də cəmi şəhidlərimizin xatirəsi unudulmayacaq  və hər zaman ehtiramla xatırlanacaqdır..

Rauf İlyasoğlu

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ