SON DƏQİQƏ

“Qarabağ Azərbaycandır!” verlişi şəhid ailələrini ziyarət etdi- FOTO

Tarix:14-12-2022, 00:33

Hər həftənin 3-cü günü saat 23:00-da sevimli teleaparıcı Nuranə Gülərin təqdimatında Space TV-də yayımlanan “Qarabağ Azərbaycandır!” telelayihəsi bir sıra ziyalılarla, Bakı şəhər 249 saylı tam orta məktəbin bir qrup müəllim, şagird və valdeynləri ilə Bakı və Bakı ətrafı qəsəbələrdə yaşayan 3 şəhid ailəsini ziyarət etdi. Şagirdlər, qonaqlar, valdeynlər və müəllimlər Azərbaycanın qürurverici 3 rəngli bayraqları ilə “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Qarabağ Azərbaycandır!” şüarı ilə şəhid ünvanlarına üz tutdu.                                     
İlk ziyarətimiz Vətən müharibəsində igidlik göstərərək vuruşan HDQ-nin şəhidi, Qarabağ ordenli Rembo ləqəbli miçman Məmmədov Vüsal Qüdrət oğlunun ailəsi oldu. Şəhidin ailə üzvüləri, ömür gün yoldaşı Zemfira xanım və Bakı şəhər 249 saylı tam orta məktəbin müəllimi Hüsniyyə Əliyeva valdeynlər şəhid haqqında xoş xatirərdən danışdılar. Xatırladaq ki, Vüsal Məmmədovun şəhadətindən 2 ay sonra Hüseyn adlı oğlu dünyaya gəlmişdir.                                                                  
İkinci ziyarətimiz polkovnik-leytenant Vətən müharibəsində şücaətliklə vuruşaraq şəhidlik zirvəsinə ucalan Azərbaycan Bayrağı ordenli Sədi Süleyman oğlu Musayevin ailəsi oldu. Şəhidin ömür-gün yoldaşı Gülşad xanım həyat yoldaşından, övladları Süleyman və Arzu atalarından qürurla danışaraq onunla fəxr etdiklərini bildirdilər. Gülşad xanım bildirdi ki, “Bu cür ziyarətlər vacib və əhəmiyyətlidir. Şəhid ailələrinin könlü xoş olur və məktəb şagirdləri şəhidlərin keçdiyi şərəfli döyüş yolunu yaxından öyrənir və onları tanıyır.   
Üçüncü ziyarətimiz polkovnik-leytenant Azərbaycan Bayrağı ordenli Quliyev Rəşad Rəşid oğlunun ailəsi oldu. Şəhidin nur üzlü anası Mətanət xanım bizləri xoş üzlə qaşladı. Oğlu Rəşad Quliyevin 37 illik həyat yolunun 20 ilini hərbiyə həsr etdiyini və bu sahadə olduqca peşəkar zabit olduğundan danışdı.                                         
Bir sıra ziyalılar, valdeynlər və müəllimlər şəhidin ailə üzvüləri ilə birgə çay masasında söhbəti davam etdirdilər. Şəhidlərin keçdiyi şərəfli və çətin yoldan danışıldı, onlar haqqında  xoş xatirələr xatırlandı. Şəhid Rəşad Quliyevin övladları İnci və Dərya ataları haqqında danışdılar və onu hər zaman xoş xatirələrlə xatıladıqlarını bildirdilər.                                            
Hər üç şəhid ailəsinin ziyarətində məktəblilərlə birgə şəhidlərin  ev muzeyi ilə tanış olduq. 
Sumqayıt şəhərində fəaliyyət göstərən “Sufle” Cake Hause tərəfindən şəhid ailəsinə göndərilən torta görə rəhbərliyə və şəxsən Nərminə xanıma Space TV-də yayımlanan “Qarabağ Azərbaycandır!” verlişi adından öz təşəkkürümüzü  bildiririk.                                 

QƏHRƏMANLAR UNUDULMUR!

Yeganə Telmanqızı               
“XeberTıme.az”


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ