SON DƏQİQƏ

Kənan anasının vətəni olan Füzulini şəhadəti ilə anasına hədiyyə etdi.

Tarix:25-11-2020, 00:09

Qələbə tariximizi qızıl hərflərlə yazaraq şəhid olmuş dəyərli qardaşımız Kənan Allahverdiyevin  gözəl ailəsini ziyarət etdik.
Şəhidimizi tanıyaq:                                                                    

Kənan Mərdan oğlu Allahverdiyev 10 fevral 2002-ci ildə Sumqayıt şəhərində sadə, zəhmətkeş, azərbaycanlı ailəsində dünyaya gəlmişdir. 2008-ci  ildə Qubadlı rayon Mahmudlu kənd tam orta məktəbin birinci sinifinə daxil olur. 2018-ci ildə doqquz illik təhsili bitirir. Əziz şəhidimiz hər zaman çalışaraq ailəyə dəstək olmuşdu, ata-ananın, bacı-qardaşın  qayğısını çəkmişdi. Təbiətcən qapalı xarekterdə olan Kənan həm də utancaq idi. Gözəl at sürməyi var idi və cüdo idman növü ilə məşğul olurdu, məşqiçi müəllimi Ceyhun Mirzəyev idi. Dəfələrlə müxtəlif yarışların qalibi və şəhər birinciliyinin qızıl mükafatçısı idi.                                                               
“Diriliş Ertuğrul" türk filimini daima izləyən Kənanın qəhrəmanı Ərtoğrul idi. Arzusu torpaqlarımızı alaraq şəhid olmaq idi...Kənanın o məqamada çatdı.                                                                        
Qəhrəman şəhid qardaşımız Kənanın böyük Vətən sevgisi məhz bu ailədən qaynaqlanıb. Atası Mərdan Allahverdiyev 1992-1996-cı illərdə birinci Qarabağ döyüşlərinin iştirakçısı olub.                                                     
Kənan  2020-ci ilin may ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsindən həqiqi hərbi xidmətə yola düşür. İlk hərbi xidmətini Goranboyda, Bərdə qarizonunun N saylı hərbi hissəsində xidmət edir, snayperçi idi. 27 sentyabr Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər, kəndlər, rayonlar  uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına iştirak edir.                                  
2020-ci il oktyabrın 2-dən 3-nə keçən gecə... Suqovuşan (işğal dövründə: Madagiz).  Torpaqlarımızın bütövlüyü, ərazilərimizin toxunulmazlığı uğrunda gedən ağır döyüşlərdə 18 yaşında şəhidlik zirvəsinə ucalır. 4 oktyabr şəhidin dəfninə minlərlə şəhər sakinləri, yüksək rütbəli zabitləri, Sumqayıt şəhər icra hakimiyyətinin nümayəndələri qatıldı. Kənan Allahverdiyev Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olundu 

                                                                                                                     
Ruhiyyə xanım “Oğlum Kənan şəhadəti ilə ata, baba torpağım olan Füzulini  mənə bağışladı” deyir. Ruhiyyə ana, Aişə bacı Nicat qardaş, Mərdan ata   Kənan  indi bu gözəl ailə ilə bərabər bütün millətin övladıdır və hər zaman sevgi ilə yad ediləcək.                                            

Nicata qardaşı Kənan haqqında danışmaq çətin olsada fikirlərini bizimlə bölüşdü:                                                                  

- Yeganə xanım “Vətəni sevmək imandandır" - deyib peyğəmbərimiz. Qardaşım Vətənini, xalqını, ailəsini çox sevirdi. Hər zaman evin, ailənin qayğısını çəkirdi, çox zəhmətkeş idi.  Yaşca kiçik olsada çox böyük idi.  Sakit , utancaq təbiətli olsada, ailə qaygısını çəkməklə ailəyə kömək etməkdən zövq alardı. Gedib işləyirdiki ailəyə qazanc gətirə və ailə üzvləri korluq çəkməsinlər. Evin son övladı idi ərköyün böyümüşdü. Amma sözünə bütöv oğlan idi, dediyinə də əməl ediridi. Yolda  yaşlıların, qadınların  dolu zənbillə gəldiyini görəndə tanıdı, tanımadı kömək edirdi. Daima şəhidlərdən danışırdı və “Şəhid Olacam” deyərdi...Ən böyük arzusuna çatdı qardaşım.  Cəbhədə şəhid olanlar hamısı qiymətlidir. Şərafətlə, şöhrətlə köçdü cənnət qoxulu qardaşım. Ali Baş Komandanımızın rəhbərliyi altında Müzəffər Ordumuz torpaqlarımızı işğaldan azad etdi,  bütün şəhidlərimizin ruhu  sevindi. Mən fəxr edirəm ki, Kənan vətəni, milləti yolunda şərəfli bir zirvəyə ucaldı. Allah rəhmət eləsin!   
Nur içində yatasan şəhid qardaşım!


Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı 
 “XeberTıme.az”
 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ