SON DƏQİQƏ

Sankt-Peterburqda Yanvar faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edilib

Tarix:24-01-2023, 23:44

Yanvarın 20-də Azərbaycan Humanitar Əməkdaşlıq Mərkəzinin ofisində Yanvar hadisələrinin 33-cü ildönümü ilə əlaqədar matəm tədbiri keçirilib.
Tədbir bir dəqiqəlik sükutla açıldı.  Sonra imam şəhid olan şəhidlərin xatirəsinə Qurani-Kərimdən “Yasin” surəsini oxuyub.

Azərbaycan Humanitar Əməkdaşlıq Mərkəzinin  direktoru Eldar Əlizadə, sədr Nicat Bayramlı, Azərbaycan Respublikasının humanitar məsələlər üzrə konsulu Rəhim Rəhimli, “Fayda” Tatar Mərkəzinin sədri Ayrat Mannanov qonaqları salamladılar.

 Tədbir xronoloji ardıcıllıqla təşkil olundu.

Gecənin qonaqlarına nadir tarixi foto və video kadrlar, ekspert rəyləri və şahidlərin xatirələri nümayiş etdirilib.

Politoloq və ekspert Sergey Markov Moskvadan videobağlantı vasitəsilə bağlanıb və o, qonaqlara başsağlığı verib.

Bundan əlavə, 7-ci sinif şagirdi Tural Əliyev qonaqlar üçün “Qanlı Yanvar” şeirini ifa etdi.
Gecənin sonunda qonaqlar üçün ehsan verilib.


“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ