SON DƏQİQƏ

"Mənimlə fəxr edəcəksən, Ana!"- FOTO

Tarix:29-01-2023, 12:12

Fuad Allahverdi oğlu Bağırov 3 noyabr  1991- ci ildə Şirvan şəhərində anadan olub.1998-2009-cu illərdə Azərbaycanın, Mübariz İsrayılov adına   Şirvan şəhər18- nömrəli tam orta məktəbdə, 2009-2013-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır.Fuad həm də bir il T.T.M- də oxuyub. Sumqayıt  n saylı hərbi hissədə qulluq edib. Sonra özü könüllü rapor yazıb Qarabağ bölgəsinə gedib. Kəlbəcərdə, Murov dağda qulluq edib.
Fəridə ana deyir: “Məndən soruşsanız ən çətin bölgə Kəlbəcərdir çünki, oranın təbiəti ikinci düşməndir.
 
Kəlbəcərin Alagöllər sahəsində hava şəraitinin  qəfil  dəyişməsi və çovğun nəticəsində  ərazidə istiqaməti itirərək azan  4 hərbi qulluqçudan biri Baş Leytinant Fuad Allahverdi oğlu  Bağırov soyuqda donaraq dünyasını dəyişmişdir.
 
30 yaşlı şəhidimiz Şirvan şəhəri şəhidlər xiyabanında dəfn olunub.
Ailəli idi.1 oğlu 1 qızı yadigar qalmışdır. Vətən sağ olsun.
"Mənimlə fəxr edəcəksən, Ana!"- Fuad Allahverdi oğlu Bağırovun anası Fəridə xanım deyir 
Oğlum dinib danışan deyildi ancaq çox mehriban, əliaçıq insan idi.
"Səni bu yaxınlarda sevindirəcəm,ana".  "Mənimlə fəxr edəcəksən" deyirdi. Kapitan rütbəsi alacaqdı. Sonuncu dəfə evimizə gələndə evləri dolandı amma çox məyus, qayğılı görsənirdi.
Biz onun üzünü görə bilmirdik.Kəlbəcər dağlarında olurdu.
Özü öz ərizəsiylə  vətənin müdafiəsinə gedirdi. Aprel döyüşlərində də şücaətlə iştirak etmişdi.
Fuad həm aprel döyüşlərinin fəal iştirakçısı olub, həm də 2 ci Qarabağ döyüşlərində yeni Vətən müharibəsinin iştirakçısı olub.Çoxlu medalları və sertifikatları var.
 
Fəridə ananın dediklərindən Fuadın necə məsuliyyətli olduğunu anlamaq olar.O havanın soyuq şaxtalı olduğunu gördükdə özü ilə gedən digər üç nəfəri geri qaytarır.O öz məsuliyyəti və mərdliyi ilə onların həyatını xilas edir.
Təəssüf  ki, Fuad özü donaraq  şəhidliyə ucalır.
Oğlu Hüseyn və  qızı Aylin yadigar qalıb. Sənubər həyat yoldaşı deyirki, Fuad mənim xətrimə dəyməyib, incitməyib. 
 
 
Fuadın ailəsi onun  yoxluğuyla   hələ də barışa bilmir. Şəhidimiz mehriban övladlarını çox sevən ata olub.Fuad tez- tez deyərmiş  "Uşaqların üzünü görə bilmirəm"
Bəlkə də indi mavi səmalardan Şəhidimizin əziz ruhu övladlarının üzünü doya doya seyr edir...
 
Fuad Allahverdiyev oğlu Bağırov xatirəsinə.
"Mənimlə fəxr edəcəksən,Ana!"
 
        
     Faciədir
Könül yenə qəm yükü qəmxanədir,
Başdan başa bu da bir faciədir.
Düşüb qar, çovğuna yolu itirdi,
Bu çovğun  Fuadın ömrün bitirdi.
                  *
Keçdi ürəyimdən ana fəryadı,
Aldı əllərimdən şaxta Fuadı.
Kəlbəcər dağların çovğun bürüdü,
Bitirdi balamın vaxtsız ömrünü.
 
Xəbəri eşitdim pərişan oldum,
Əlimdə qələm də yazmadı dondum
Bəs deyilmi gələn ölüm  xəbəri?
Nə qədər yaşayar insan kədəri?!
 
Analar su içdi göz yaşlarından
Balalar kam aldı baş daşlarından .
Hüseynlə Aylin atasız qaldı,
Ürəyim göynədi bağrım yarıldı.
 
Mən bir oğul verdim ana vətənə
Allah səbr versin dedilər mənə
Ulu tanrım, səndən imdad dilərəm.
Müharibə olmasın tək sülh istərəm.

SEVDA İBRAHİMLİ




FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ