SON DƏQİQƏ

Əkrəm Qarabağda gedən döyüşlərə könüllü olaraq qatılıb

Tarix:14-02-2023, 00:47

Xudiyev Əkrəm Məhyəddin oğlu 31 dekabr 1965-ci ildə Zəngilan rayonunun Üdgün kəndində dünyaya göz açmışdır. 1973-cü ildə Qıraq Müşlan kənd səkkizillik orta məktəbin 1-ci sinfinə  daxil olub. 1983-cü ildə Zəngilan kənd orta məktəbini bitirib. Həmin il Bakı şəhərində yerləşən Azərbaycan Mühəndis İnşaat İnstitutunun "Avtomobil yolları" ixtisasına daxil olmuşdur. Daxil olduğu ildə hərbi xidmətə yollanmışdır. Hərbi xidməti başa vurduqdan sonra ali təhsilini davam etdirib və 1990-cı ildə bitirərək inşaat mühəndisi adını almışdır. Ali təhsilini tamamladıqdan sonra Zəngilan rayonunda yol inşaatında mühəndis vəzifəsində bir müddət çalışmışdı. Lakin birinci Qarabağ müharibəsinin başlaması nəticəsində 1993-cü ildə gedən döyüşlərə könüllü olaraq qatılıb. Zəngilan rayonunun "Kollu" postunda torpaqlarımızın müdafiəsində iştirak etmişdir...       Zəngilan rayonunun işğalından sonra Ağdam uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 31 dekabr 1993-cü ildə Ağdamın Güllücə kəndində, Narlıdərə adlanan yerdə gedən ağır döyüşdə şəhidlik zirvəsinə ucalmışdır. 4 yanvar 1994-cü ildə Bakı şəhəri Şəhidlər Xiyabanında dəfn edilib.

Allah rəhmət eləsin!


Rauf İlyasoğlu.



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ