SON DƏQİQƏ

BÖYÜK ÜRƏYİN ŞANLI HEKAYƏSİ

Tarix:12-04-2023, 12:22

İbrahim Malik oğlu Vəlizadə 02.04.1997 ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Yarımca kəndində anadan olub. Leytenant idi.06.10.2020 -ci il  mühüm strateji məntəqə olan "951" yüksəkliyi uğrunda gedən şiddətli döyüşlərdə yaralanan yoldaşını atəş altından çıxararkən iki dəfə snayper gülləsinə tuş gələrək qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir.
"Vətən uğrunda" medalı (ölümündən sonra), 3-cü dərəcəli "Rəşadət" ordeni (ölümündən sonra), "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra) ilə təltif olunmuşdur.


               Yarı  yolda qoydu məni
     (Kiçik hekayə)

Qızların içindən tək məni seçdi,
Bir dəfə görməklə,könlümü bildi. 
Məni ona hansı qüvvə çəkdisə, 
Zəng etdim görüşdük, qismətim ilə.

Utandım üzünə baxa bilmirdim,
Çəkinib susurdum, əsla dinmirdim.
Əl ələ tutmuşduq, bir xeyli gəzdik,
Həmin gün dayımla üz- üzə gəldik.

Tutmuşdu, göyərçin ağ əllərimdən,
Sevgi mənasını, gəzdi gözümdən.
Əlimi, əlindən çəkmək istədim,
Əlimi əlindən çəkə bilmədim.
 
İbrahim,ayıbdır, sən mənim canım.
Burax  dedim, bizi  görməsin dayım.
“Heç vaxt tutduğumu, mən buraxmaram,
Ömürlük mənimsən, səni atmaram.”

O, məzun olan gün biz nişanlıydıq 
Tədbirə getmişdik düz yanındaydıq.
Dağüstü parkında biz gəzən zaman,
Zəng gəldi,sevincim bitdi həmin an.

Dedilər İbrahim, düşdün Tərtərə,
Dərs vermək lazımdır artıq düşmənə.
Sözü telefonda mən özüm duydum,
Ağladım həmin vaxt çox bikef oldum.

Bir anda elə bil buz kimi dondum,
Könlümün evində bir matəm qurdum. 
“-Mən öz sənətimi sevdim də,seçdim,”
“Allaha əmanət, o zaman”- dedim. 

Bəy kastumun, ünlü  formadan etdim,
Toy salonun, bayraqlarla bəzədim.
Tortun da üstünü istədim edim
Sevmədi. O sevən nə varsa etdim.

-“Bayraq müqəddəsdir,əsla bölünməz,
Bizdə bu səhflərə heç yol verilməz.”
Vağzalı yerinə himni,səsləndi,
Bütün zal qonaqlar bizi izlədi.

Sevgini vətənə, belə bildirdik.
Alqışlar içində  içəri girdik.
Biraz sadəlövhlük dəcəllik  etdim.
Leytinant mahnısın oynayaq, dedim.

Dedi ki, o mahnı oyuncun deyil,
Qəhrəmanlıq rəmzi bizim çün deyil.
Bir gün qarşımızda həkim yol qoydu,
Ya uşaq, ya ana çarə yoxuydu.

Həkimə dedi ki, uşaq taparam, 
Sevdiyim o yardan əsla tapmaram.
Nəhayət oğlumuz dünyaya doğdu
Qəhraman Fəridin adını qoydu.

Qəhrəman Fərid tək qoy igid olsun,
Düşmənin gözünü zəhmiylə oysun.
Murovdağ təlimə tez- tez gedirdi,
Orada hərbiyə təlim keçirdi.

Əllərin ayağın don vurdu onun,
Məqsədi irəli getməkdir Onun.
Son mesajin aldıq, dostu söylədi, 
--"Allah əmanət, qoru Fəridi.

Namaz qılır, quran oxuyur ana
Yatmayıb axşamdan dualarıyla
Bayırdan səs gəldi dedim uşaqlar
yəqinki, yenə də bir oynayırlar.

Ard -Arda axışıb, bizə gəlirlər.
Bəzən də gözlərlə heyrətlənirlər.
İtirdim özümü həmin an "öldüm"
Nə yatdım yuxuda ,nələri görüm.

İlahi sönübdür, çırağın dedim,
Dayana bilmədim özümdən getdim, 
Qaynatama bir zəng gəldi danışdı, 
Gördüm ki, atamın halı qarışdı.

Artıq İbrahimim,həyatda yoxdur.
Onsuz mənə dardır həyat da, yoxdur.
Görəcək günlərim arzusuz qaldı
O körpə baladan bir kam almadı.

Həmin gün, otuzu,mənim ad günüm,
Yazıldı tarixə mənim dar günüm. 
Güllərdən çələnglər düzəltmişdilər
İbrahimin nəşin gətirirdilər...

Ay Allah, dünyada ən çətin, ağır, 
Bir anı yaşadıq hər kəs ağlayır.
İbrahim, sən mənim qəlbimi oydun,
Şəhidin xanımı,adını qoydun.
İstərdim yaşayım birgə səninlə 
Fəridi böyüdək öz istəyinlə...

SEVDA İBRAHİMLİ 
01/ 10/ 202
1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ