SON DƏQİQƏ

Şəhidlər qəlbimizdə əbədi yaşayır

Tarix:11-05-2023, 10:59

Əliquliyev Yaqub İsrafil oğlu 1962- ci ildə Zəngəzur mahalının Qafan ( əvvəlki adı Mədən olub , erməninquldurları Rus imperiyasının köməkliyi ilə qədim yurdumuza sahib olublar.R.İ.)  rayonunda anadan olub.Yeniyetmə vaxtlarından  atasının işi ilə əlaqədar  Bakıya köçüblər.Yaqub İsrafil oğlu ailəli idi.
1990 -cı ildə könüllü olaraq cəbhəyə gedib.Ən qaynar nöqtələrdə vuruşub .Ağdamın Güllücə kəndini işğalçı erməni quldurlarının təcavüzündən qoruyarkən   şəxsi igidliklər göstərib və 1994- cü ildə düşmənlə döyüşərək  qəhrəmancasına şəhid olub.Yaqubun anım günündə qardaşı Rəfaill Alıquliyevlə birlikdə Bakıdakı  Şəhidlər Xiyabanını ziyarət etdik.
Şəmi şəhidlərimizə rəhmət dilədik və Fatihə sirəsini oxuyaraq dualar etdik .
Onu da qeyd edim ki Rəfail mənim qudamdır.
Allah köməyi olsun.
Mənim kimi o da ikinci qrup əlildir, zəhmətlşkeş , dürüst , vətənpərvər insandır.
Allahdan cəmi şəhidlərimizə rəhmət,  qazilərimizə , xəstələrimizə şəfa,  ordumuza , dövlətimizə güc - qüdrət, xalqımıza firavanlıq,  mehribançılıq və əmin-  amanlıq arzulayıram.
Şəhidlər hər zaman qəlblərdə əbədi yaşayır.
Gəlin şəhidlərimizi  bir an da unutmayaq.Unutsaq, unudulacaq.

Rauf İlyasoğlu


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ