SON DƏQİQƏ

Qalib ölkənin qəhrəman oğlunun 24 yaş zirvəsi...

Tarix:19-05-2023, 23:55

19.05.2022-ci il tarixində 44 günlük Vətən müharibəsinin kəşfiyyatçı leytenantı Vüsal Muradovun doğum günü idi. 
Tədbir əvvəlcə Sumqayıt şəhər Şəhidlər Xiyabanında başlandı. Şəhidlərin əziz xatirəsi ehtiramla yad edildi, ruhlarına dualar oxundu. Mərasim, torpaqlarımızın azad olunmasında şəhidlik zirvəsinə ucalanların  əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi. Şəhid Vüsal Muradovun məzarı ziyarət olundu. Ailənin yaxınları, şəhid analrının adından, şəhidin döyüşdüyü hərbi hissənin gizir və zabitləri, Baş Kəşfiyyat idarəsinin bir sıra zabit heyyəti, təhsil aldığı Sumqayıt şəhər 25 saylı tam orta məktəbin müəllim və şagirdləri   tərəfindən şəhidin məzarına gül əkililəri, tər çiçəklər qoyuldu. Vüsalı tanıyanlar, yaxınları, əsgərləri və döyüş yoldaşları onun haqqında xoş xatirələrdən söhbət açdılar, Uca yaradandan cəmi şəhidlərimizə rəhmət, ailələrinə səbr diləndi. Şəhidi tanıyanlar onun həyatını, məktəb və tələbəlik illərini döyüş yoldaşları onun keçdiyi şərəfli  və çətin döyüş yolundan, gözəl, əxlaqlı insani kefiyyətlərindən söhbət açaraq böyük hörmətlə andılar. Şəhid Vüsal Muradovun adını daşıyan bir sıra siniflərin şagirdləri şeirlər söylədilər. Şəhidin adına quran oxundu.                         

Natiqlərdən Baş kəşfiyyat idarəsinin zabiti, dövlət qulluqçusu Elvin Dadaşov öz nitqində söylədikləri: 

- Şəhidlik zirvəsinin ucalığı, qəlibiyyət tariximizi yazan fatehlər hünər zirvəsi göstərdi. Hər bir şəhid Azərbaycan vətəndaşının qürur mənbəyi, və şəhidlik zirvəsinə ucalanların əziz xatirəsini hər zaman yaşatmaq bizlərin borcudur. Uşaqdan-qocaya hər bir vətəndaşımız şəhidlərimizi daim böyük ehtiramla anır, onların qəhrəmanlığını örnək bilir.                                                              

Bəli illər əsrlər keçsə də, gələcək nəsillər Vüsalları onun timsalında olan  bütün qəhrəmanlarımızı hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər.
Tədbir şəhidin adına açılan ehsan süfrəsində davam etdirildi.                                 

Allah cəmi şəhidlərimizin məqamın uca etsin! 

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
 
Yeganə Telmanqızı 
 “XeberTıme.az”


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ