Cəmil Həşimli qəhrəmanlığı ilə əbədiyyətə qovuşdu.
7 iyun 2023-ci il tarixində Qara Qarayev adıına musiqi məktəbində baş tutan tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu, Azərbaycanın Dövlət himni səsləndi. Sonra Günel Əliqızının Vətən müharibəsinin şəhidi Cəmil Həşimliyə ithaf etdiyi “Vətən sağ olsun” filmi izlənildi.
Şəhidin anası Simuzər Bağıyeva çıxış edərək övladının uşaqlıq, məktəb illərindən xoş xatirələr danışdı, şərəfli döyüş yolundan fəxrlə söz açdı və gənclərə Vətəni, xalqı sevməyi tövsiyyə etdi. Şairlərdən Aysel Fikrət, Şamil Ənvəroglu, qazi Hikmət Məmmədov, iş adamı Ramazan Karaşahin B.Şeydayev, Namiq Ağayev və şəhid anaları filmin yaradıcı heyətinə uğurlar diləyib şəhid Cəmil Həşimlinin ailəsinə səbr dilədilər.
“Vətən sağ olsun” filminin müəllifi Günel Əliqızı nitqində “Şəhidlər vurulanda yox, unudulanda ölür” söyləyərək şəhidlərin əziz xatirəsini bundan sonrada əbədiləşdirəcəyini bildirdi.
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
Yeganə Telmanqızı
“XeberTıme.az”
















