SON DƏQİQƏ

Ruhunuz şad olsun Şəhidlərim- FOTO

Tarix:11-06-2023, 21:01

iyunun 7-də şəhid Bayram Məhəmməd oğlu Məmmədovun anım günüdür.
Laçın rayonunun Minkınd kınd orta məktəbi Bayram Məmmədovun adını daşıyır.
2016 cı ildə Bayram Məmmədovun ailə üzvlərindən, döyüş dostlarından müsahibə alaraq 
"Bayramsız  Laçın , Laçınsız Bayram" adlı 450 səhifəlik kitabı yazıb 2017- ci ildə "Ekoprint" mətbəəsində çap etdirdim.  
Cəfər Cabbarlı adına Respublika Gənclər kitabxanasında( Tahir Sadıqov sağ olsun)  və Abşeron rayonunda yerləşən Minkənd kənd orta məktəbində( İlqar müəllim və kollektiv sağ olsun)  kitabın təqdimatı oldu.
Məktəbə 50 dən çox kitab hədiyyə etdik.Şəhid atası Məhəmməd Mürsəloğlu ilə çox tədbirlərdə iştirak etdik.Dinə imana bağlı dürüst insan idi.Xeyirxah ,  rəhimli, çörəkli kişilırdən idi.
Quran oxuyan, namaz qılan , qan yatıran el ağsaqqalı idi.
Gözəl məntiqli danışığı var idi.Xüsusi natiqliq bacarığı var idi.
Məhəmməd dayı məclisdə danışanda hamı  ona qulaq asardı .Dünya görmüş kişi idi.
Vətən həsrətli Məhəmməd dayı da dünyasını dəyişdi.Rəhmətlik nə yaxşı ki ,Laçının azad olunma xəbərini eşitdi.Özünə bir yəhər almışdı.Laçına gedib yenə də at belində doğma elləri gəzmək istəyirdi.Ruhu şad olsun.
Dünın Namizəli qardaşımız mənə zəng edərək Bayramın anım günüdür kəlməsini deyərkən köhnə xatirələr yadıma düşdü.Həmişə bu doğma evə gedəndə Məhəmməd dayı məni  doğma övladı  kimi qarşılayırdı.Zərif nənə məni görəndə öz balası kimi qucaqlayıb deyərdi ; - Ay bala harda qaldın? Niyə görsənmirsən?
Səhhətimlə əlaqədar olaraq 6 ay idi ki eloğlanlarımdan xəbər tuta bilmirdim.
Şəhidlər unudulmur 
Bayram Məmmədov igid qəhrəman oğuldur..
ŞƏHİDLƏR BAŞIMIZIN TACIDIR.
BU KİTABDAN MİLLİ KİTABXANAMIZDA QALIB. Maraqlanan oxuya bilər.Kitabda yazıçı təxəyyülü yoxdur.Canlı şahidlərin sözləri, qədim yurd yerlərimiz, Bayramın igidliyi, cəsurluğu işıqlandırılıb 
Nə dərəcədə nail olmuşamsa yəqin oxucular bilər. Bakıda Şəhidlər Xiyabanında uyuyan Bayram Məmmədov .Siz hər zaman qəlbimizdəsiniz 

Ruhunuz şad olsun Şəhidlərim.

Rauf İlyasoğlu

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ