SON DƏQİQƏ

“Qarabağ Azərbaycandır!” verlişi Vətən müharibəsi şəhidi Əli Seyidovun ailəsini ziyarət etdi- FOTOLAR

Tarix:9-07-2023, 17:32

Hər həftənin 3-cü günü saat 23:00-da sevimli teleaparıcı Nuranə Gülərin təqdimatında Space TV-də yayımlanan “Qarabağ Azərbaycandır” telelayihəsi bu dəfə Ramana Şuşa qəsəbəsində yaşayan XTQ-nın hərbiçisi, yırtıcı ləqəbli, Vətən müharibəsi şəhidi Əli Seyidovun ailəsini ziyarət etdi. 
Ənənəsinə sadiq qalan telelahiyyə bir sıra ziyalılarla, Qarabağ qaziləri ilə birgə Azərbaycanın qürurverici 3 rəngli bayraqları ilə bəzədilən maşınlarla yola düşdülər. Sonra əllərində bayraqlar “Qarabağ Azərbaycandır!, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarları ilə şəhid Əli Seyidovun adına verilmiş küçə ilə şəhidin böyüyüb, boya başa çatdığı evə doğru yürüş etdilər.    
Ailənin qonaqları şəhidin adına tikilmiş bulağı ziyarət edərək, suyundan içdilər. Bizi səbirsizləklə gözləyən şəhidin anası Lalə xanım çox səmimi, gülərüzlə qonaqlarını qarşıladı. Qarabağ qaziləri Azərbaycan Ordusunun etiyatda olan polkovnik Kamil Babayev və etiyatda olan gizir Şamil Yəhyayev şəhidin anasına hərbi salamlaşma verdi. Lalə ananın əllərin öpüb həyətdə şəhidlər üçün yaradılan muzeylə tanış olduq. Lalə ana Seyid Əlinin uşaqlıq  illərindən, məktəb illərindən, onun Vətənini, xalqınını sevdiyindən, bayrağa vurğunluğundan söhbət açdı, Əli ilə bağlı xoş xatirələr xatırlandı.                                                       
Verlişin sənətkar qonaqları sevilən, vətənpərvər müğənni Elxan Qaraxanoğlu, Akif Rəhimzadə, saz ifaçısı Fikrət Borçalı, ifaçı Zahid Qubadlı məlahətli ifalar ifa etdilər, Respublikanın Əməkdar artisti Mühub Aydın vətənpərvər şeirlər söylədilər.                                
Zalov ALYANS İmza TV-nin rəhbəri, hüquq eksperti İsmayıl Zalov, Soydaş Sosial-Mədəni Əlaqələr İctimai Birliyinin sədri Mehriban Paşayeva, jurnalist Vüqar Şahinoğlu, yazıçı Pərvanə Mehmanqızı, Rastov Vilayətinin Azərbaycan Birliyinin rəhbəri Leyla Əhmədova, “XeberTıme.az” analitik informasiya portalının direktoru Yeganə Telmanqızı, “Vətənpərvərlər” İctimai Birliyinin sədri Araz Quliyev qalibiyyət tariximizdən, məğrur Azərbaycan ordusundan, şəhidlik məqamına ucalan şəhidlərdən danışaraq qürurlu tariximizdən söhbət açdılar. 
Şəhidin adına açılmış ehsan çay süfrəsində Lalə xanım oğlu ilə fəxr etdiyindən, bu evin artıq ziyarətgaha və daima qonaq-qaralı olmağından danışdı. Ana övladı Əlinin hərbi peşəsinə bağlı olmağından və ən əsasıda hərbiçi olaraq qalibiyyət tarixi yazmaq istəyindən söhbət açdı. Şəhidin ev muzeyi ziyarət olundu.                                                   
Sonda xatirə şəkilləri çəkildi.  

QƏHRƏMANLAR UNUDULMUR!

Yeganə Telmanqızı               
“XeberTıme.az” 



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ