SON DƏQİQƏ

Nuranə Gülərin təqdimatında “Qarabağ Azərbaycandır!” verlişi Qubada şəhid ailələrini ziyarət etdi- FOTOLAR

Tarix:8-08-2023, 00:09

Hər həftənin 3-cü günü saat 23:00-da sevimli teleaparıcı Nuranə Gülərin təqdimatında Space TV-də yayımlanan “Qarabağ Azərbaycandır” telelayihəsi bir sıra ziyalılarla birgə bu dəfə Azərbaycanın qəhərman oğullarının vətəni olan Qubada yaşayan torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ailəsini ziyarət etdi. 
                                                        
Quba rayonunun girişində Qarabağ qaziləri, bir sıra şəhid ailələrinin üzvüləri qonaqları qarşıladılar. Sonra Azərbaycanın qürurverici 3 rəngli bayraqları ilə bəzədilən maşınlarla şəhid ailələrinin ziyarətinə yollanıldı.   “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Yaşasın Azərbaycan əsgəri!”, “Azərbaycan Bizimdir! Qarabağ Azərbaycandır!“ şüarları ilə Qubanın I Nügədi kəndində yaşayan Vətən müharibəsinin əsgər şəhidi Səhman Bədəlovun böyüyüb boya-başa çatdığı evə doğru addımladılar. Qarabağ qaziləri, ziyalılar şəhidin anası, Yeganə xanımın, atası Bəhman Bədəlovun əllərindən öpüb ailəni salamladılar. Səhmanın məktəb illərindən, vətənə, torpağa bağlılığından, keçdiyi şərəfli döyüş yolundan, müharibədə gedən qalib döyüşlərdən, Vətənə, torpağa bağlılığından söhbət açaraq övladları ilə fəxr etdiklərini bildirdilər. Dəyərli ziyalılarımız qələbədən söz açaraq şəhidlərimizi ehtiramla andılar, ailə üzvülərinə səbr, ölkəmizə sülh və əmin-amanlıq dilədilər. Dədə-baba torpaqlarımızın işğaldan azad olaraq yenidən abadlaşması üçün Ali Baş Komandan cənab İlham Əliyevə öz təşəkkürlərini bildirdilər. Sonda şəhidlərin şəxsi əşyalarından ibarət ev muzeyi ziyarət olundu. 



Şəhidin anası Yeganə xanım oğlunun  şəxsi əşyaları ilə qonaqları tanış etdi. Xatırladaq ki, Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyev tərəfindən Bədəlov Səhman Bəhmən oğlu döyüşdə göstərdiyi şacayətə görə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunması”, “İgidliyə görə” medalları ilə təltif olunub. Yaşadığı küçəyə Səhman Bədəlovun adı verilib. Növbəti ziyarətimiz Qubanın Alpan kəndində yaşayan I Qarabağ müharibəsinin qəhrəman oğlu Quba rayonu Alpan kəndinin ilk şəhidi Elşad Bayramovun ailəsinin ziyarəti oldu. Qarabağ qaziləri, Vətən müharibəsi iştirakçıları  Alpan kəndinin girişində qarşıladılar, qürurlu tariximizdən söhbət açdılar.

 
Qarabağ qaziləri, ziyalılar şəhidlərin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyindən danışdılar. Elşadın ömür-gün yoldaşı  Mətanət xanım xoş xatirələrlə Elşadı xatırladı, yeganə övladı Elşadın 3 oğlunu sevə-sevə böyütməyindən söhbət açdı. Elşad Bayramov şəhadətə ucalandan sonra dünyaya gələn övladına şəhidin vəsiyyəti ilə Elşad adı qoyulub. Təhsil aldığı Alpan kənd orta məktəbinə onun adı verilib. 


QƏHRƏMANLAR UNUDULMUR!
 
Yeganə Telmanqızı               
XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ