SON DƏQİQƏ

Nuranə Gülər şəhid anaları ilə birgə şəhid ailələrini ziyarət etdi- FOTOLAR

Tarix:9-08-2023, 10:20

Space Tv-də yayımlanan “Qarabağ Azərbaycandır!” verlişi şəhid anaları ilə birgə şəhid ailələrini ziyarət etdi.                                                                       




Hər həftənin 3-cü günü saat 23:00-da sevimli, vətənpərvər teleaparıcı Nuranə Gülərin təqdimatında Space TV-də yayımlanan “Qarabağ Azərbaycandır” telelayihəsi bu dəfə Şamaxı, Qax, Qəbələ, Oğuz, Zaqatalada yaşayan şəhid ailələrini ziyarət etdi. 
Ənənəsinə sadiq qalan telelahiyyə bir sıra ziyalılarla, şəhid anaları və  Qarabağ qaziləri ilə birgə Azərbaycanın qürurverici 3 rəngli bayraqları ilə bəzədilən maşınlarla yola düşdülər. Sonra əllərində bayraqlar  “Qarabağ Azərbaycandır!, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarları ilə yürüş edərək, şəhidlərin böyüyüb boya-başa çatdığı evlərin qapısını döydülər. Şəhid analarının və atalarının əlləri öpüldü, şəhidlər haqqınmda xoş xatirələrdən və keçdiyi şərəfli, mətənli döyüş yolundan söhbət açdılar, keçən günlər xatırlandı. Könülülər şəhidlərin həyətində abadlıq işləri apardı, şəhid həyətlərindən asılmış bayraqlar yeniləndi. Sonra hər bir şəhid evində yaradılan şəhidlər şəxsi əşyalarından ibarət ev muzeyi ilə tanış oldular.  

Şəhidlik  mötəbər zirvədir. Vətəni müdafiə etmək, onun uğrunda canını qurban vermək böyük fədakarlıqdır. Qurban verdikləri bir canla onlarla bəlkə də yüzlərlə insanın canını xilas edən oğullarımıza hər zaman borcluyuq.  Minlərlə şəhid vermiş yurdumuzun tarixi də şəhidlərimizin qanıyla yazılıb. Özündən sonra şərəfli adını tarixə həkk edən şəhidlərimizin adı daim qəlbimizdə yaşayacaq

QƏHRƏMANLAR UNUDULMUR!
 
Yeganə Telmanqızı               
“XeberTıme.az” 



 
 
 
 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ