Azərbaycan tarixinin ən şərəfli səhifələrini yazan qəhrəmanlarımızdan biri itkin düşmüş şəhid Əsəd Məmmədov Ağstafa rayonunda torpağa tapşırıldı.
1993-ci ilin 31 avqustunda Füzulidə gedən döyüşlərdə şəhid olmuş Məmmədov Əsəd Məmməd oğlu 30 il sonra Ağstafa rayonunun Eynallı kəndində torpağa tapşırılıb.
11 sentyabr 2023-ci il tarixində Ağstafa rayonunun Eynallı kəndində 30 il əvvəl itkin düşən şəhid Əsəd Məmmədovun dəfn mərasimi keçirilib. Öncə cənazə namazı qılınıb, daha sonra izdiham kənd qəbiristanlığına yollanıb. Mərasimdə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanalrının rəhbərləri, kənd sakinləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
XeberTıme.az