SON DƏQİQƏ

Qəhrəmanlıq səlnaməsinin 36-cı payızı- FOTOLAR

Tarix:19-09-2023, 18:02

 Şəhidlər sınmayan vüqarımızdır.                  
44 günlük Vətən savaşı 30 illik işğala son qoymaqla  tarixə Böyük Zəfərlə yazıldı. Bu Zəfərin qazanılmasında minlərlə Vətən oğlu qəhrəmanlıq, igidlik nümunələri göstərdilər. Belə  cəsur oğullardan biri də Sumqayıtda doğulub boya-başa çatan illərlə hərbidə qüsusrsuz xidmət edən gizir şəhid Elmar Şirzad oğlu Nəsibovdur.                                                   
Bu gün vətənimizin bir parçası olan Qarabağımızın azad olunmasında vuruşaraq qəhrəmanlıq səlnaməsi yazan və  hərbi qulluqda müstasna xidmətləri  Elmar Nəsibovun doğum günüdür.  Tədbir Sumqayıt şəhər Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət ilə başladı, şəhidlər ehtiramla yad olundu, ruhlarına dualar oxundu, Allahdan şəhidlərimizə rəhmət, ailələrinə səbr diləndi. Ziyarətdə iştirak edən şəhid anaları, ataları, şəhidin ailə üzvüləri, doğmaları, yaxınları, media nümayəndələri, bir sıra ziyalılar şəhidlərin qəhrəmanlıq tarixindən, qalib Azərbaycandan fəxrlə danışdılar. Şəhidin xidmət etdiyi hərbi hissənin hərbiçiləri, ailə üzvüləri  Elmar Nəsibov haqqında xoş xatirələrdən söhbət açdılar. Vətən müharibəsi şəhidi Abdulla Əhmədovun atası Hacı Əhməd Əhmədov yazdığı şeirləri söylədi, mahiyyəti olduqca böyük olan şeirlər fəxrlə dillənildi.                                    
Məzarın üstünə tər çiçəklər düzüldü, gül əkilisi qoyuldu. Sumqayıt şəhər 7 saylı tam orta məktəbdə şəhidin adını daşıyan sinifin şagirdləri və müəllimlər ziyarətdə iştirak etdilər, şagirdlər vətənə, şəhidlərə, Azərbaycana aid şeirlər söylədilər.              
Tədbir şəhidin adına açılan ehsan süfrəsində davam etdirildi.                              
Şəhidlərimizin əziz xatirəsini daima hörmət və etiramla anacayıq.

 
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
 
Yeganə Telmanqızı 
XeberTıme.az   



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ