SON DƏQİQƏ

Sumqayıtda iki polis şəhid Ramil Şirinov və Asim Camalzadə torpağa tapşırılıb- FOTO

Tarix:20-09-2023, 17:17

19.09.2023-ci ildə Füzuli rayonunda yol qəzasında və ermənilərin Xocavənddə törətdiyi terror aktı nəticəsində həlak olan iki polis əməkdaşları Ramil Şirinov və Asim Camalzadə böyük ehtiramla torpağa tapşırılıb.
Dəfn mərasisimində şəhdlərin ailə üzvüləri, yaxınları, Sumqayıt şəhər icra hakimiyyəti başçısı Zakir Fərəcov, icra nümayəndələri, Daxili İşlər Nazirliyinin, generalları, zabitləri və əməkdaşları, şəhid ailə üzvüləri, şəhidlərin iş yoldaşları, media nümayəndələri, bir sıra din xadimləri, şəhər ictimayyəti, dövlət rəsmləri, iştirak ediblər. Şəhidlərin ruhuna dualar oxunub. Dəfn mərasimində Azərbaycanın Dövlət Himni səsləndirilib, yaylım atəşi açılıb. Sumqayıt şəhər icra hakimiyyəti şəhidlərin dəfnindən sonra şəhid atalarına tabutun üzərinə sərilmiş üç rəngli bayrağı təqdim edib. Allahdan şəhidlərə rəhmət, ailələrə səbr dilənidi. Şəhidlərin məzarı üstünə saysız-hesabsız gül cələngləri və tər güllər düzülüb. 

 
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
 
 Yeganə Telmanqızı 
XeberTıme.az  


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ