Azadlığı, müstəqilliyi, babalardan miras qalan torpağı uğrunda oğlunu şəhid verən xalq xoşbəxt xalqdır. Qalibiyyət tarixi yazan Azərbaycan xalqının qürur hissi keçirməyə, başını uca tutmağa tam mənəvi haqqı var. Bu gün 23 yaşında könüllü Vətən müharibəsində vuruşaraq adını hərb tariximizə yazdıran şəhid Akif Cabbarovun doğum günüdür. Tədbir Sumqayıt şəhər Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarətlə başladı. Şəhidlərin Ruhuna dualar oxundu, ailəsinə Ulu Yaradandan səbr diləndi. Tədbirdə şəhid anaları, media nümayəndələri, şəhidin ailə üzvüləri, yaxınları, doğmaları iştirak edirdilər. Şəhidin məzarı üstünə tər çiçəklər düzüldü. Şəhidin adını daşıyan Sumqayıt şəhər 1 nömrəli tam orta məktəbin 7A sinifi şəhidin məzarı üstündə vətənpərvərlik mövzusunda şeirlər söylədilər. Tədbir şəhidin adına açılan ehsan süfrəsində davam etdirildi.
Xatırladaq ki, ailənin yeganə övladı Akif anasını itirdikdən sonra şəhid xanımı Akifin xalası Maya xanım onu böyüdür.
2020-ci ilin iyul ayında Tovuz döyüşləri başlayan gündən Akif Cabbarov könüllü Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinə ərizə ilə müraciət edir. 27 sentyabr başlanan Vətən müharibəsində döyüşlərə qatılır. 23 yaşlı könüllü döyüşçü şücaətliklə vuruşaraq ən ağır döyüşlərdə iştirak edir. 2020-ci il 25 oktyabr Akif Cabbarov Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalır. 29 oktyabr şəhidin arzu ilə Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edilir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan könüllü döyüşçü Cabbarov Akif Elxan oğlunu ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif etmişdir.
Şəhidlərimizin əziz xatirəsini daima hörmət və etiramla anacayıq.
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
Yeganə Telmanqızı
XeberTıme.az