SON DƏQİQƏ

Sumqayıt Şəhidlər Xiyabanında qəhrəman oğullar yad olunub-FOTOLAR

Tarix:27-09-2023, 16:21

Şəhidlər sınmayan qürurumuz, unudulmayan qəhrəmanlarımızdır!                             
Sumqayıt şəhərində şəhidlərin əziz  xatirəsi yad edilib. 27 sentyabr – Anım Günü ilə bağlı şəhər ərazisində silsilə tədbirlər təşkil olunub. Şəhidlər Xiyabanında keçirilən anım tədbirində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, bir sıra icra nümayəndələri,  hüquq mühafizə orqanlarının rəhbərləri, media nümayəndələri, şəhid ailələri, Qarabağ qaziləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.



27 sentyabr – Anım Günü ilə bağlı Sumqayıt şəhərində saat 12:00-da Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.




Tədbir iştirakçıları öncə Sumqayıtın Şəhidlər Xiyabanında ucaldılan Qalib əsgər abidəsi önünə əklil və gül dəstələri qoyublar, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəmanların məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.


Gün ərzində şəhərin təhsil müəssələrində, mədəniyyət ocalqrında silsilə tədbirlər keçirilərək şəhidlər qürurla yad olunub, şəhidlərimizin keçdiyi döyüş yollarından danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhlarına dualar oxunub.




Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı 
 XeberTıme.az
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ