SON DƏQİQƏ

Daha 6 şəhidimizin adı açıqlandı - SİYAHI

Tarix:29-09-2023, 00:15

Azərbaycan ordusunun antiterror tədbirləri zamanı şəhid olan daha 6 hərbçimizin kimliyi müəyyənləşib. 
XeberTıme.az xəbər verir ki, Azərbaycan ordusunun şəhid hərbçilərinin sayı 198-ə çatıb. 


 
Bundan əvvəl 192 şəhid hərbçinin adı açıqlanıb. Şəhid olmuş hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir.
 
11 nəfərin şəxsiyyəti Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcəkdir.
 
Eyni zamanda, lokal antiterror tədbirləri nəticəsində 511 hərbi qulluqçumuz və 1 mülki şəxs yaralanıb.
Son açıqlanan 6 şəhidin adları:
Baş çavuş Hüseynli Rəşad Ramiz - 21.05.2000
Əsgər Kəlbiyev İsa Rəhim oğlu - 21.09.2002
Əsgər Balaşzadə Röyal Atduxan - 23.11.2003
Əsgər Qənbərli Rəşad Əlizamin - 25.06.1996
Əsgər Süleymanov Turxan İdris oğlu - 20.09.2002
Əsgər Qarazadə Nicat Malik - 24.10.2002
 
Tam siyahı ilə buradan tanış ola bilərsiniz:



 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ