SON DƏQİQƏ

Bu gün Vətən müharibəsinin cəsur döyüşçüsü şəhid Ruslan İmanquliyevin anım gündür- FOTO

Tarix:2-10-2023, 20:04

Bu gün Vətən müharibəsi şəhidi qəhrəman döyüşçü  Ruslan İmanquliyevin anım günüdür.                                                                           
Anım tədbiri Sumqayıt Şəhidlər Xiyabanından başlandı. Şəhidlərin məzarları ziyarət olunaraq gül dəstələri düzüldü, əziz xatirələri yad olundu. Ruslan İmanquliyevin  məzarı üstündə dualar oxundu, torpaqlarımızın ərazi bütövlüyünün bərpası uğrunda şəhidlik zirvəsinə ucalanlara Allahdan rəhmət, ailələrinə, doğmalarına səbr diləndi. Şəhidin xidmət etdiyi hərbi hissənin bir qrup əsgər və zabitləri şəhid haqqında xoş xatirələrdən, onun keçdiyi şərəfli döyüş yolundan söhbət açdılar. Anım tədbiri şəhidin adına açılan ehsan süfrəsində davam etdirildi.                            
Xatırladaq ki,  Ruslan İmanquliyev 1996-ci il 14 mart tarixində Sumqayıt şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, 2003-cü ildə Sumqayıt şəhər H.Aslanov adına 22 saylı tam orta məktəbin 1-ci sinifinə getmişdir. 2012-ci ildə həmin məktəbin 9-cu sinifini orta təhsillə bitirmiş və 1 nömrəli Sumqayıt şəhər Peşə Liseyinə qəbul olmuşdur və 2015-ci ildə “Telekommunikasiyada kompyuter texnikasının istismarı üzrə operator” ixtisası ilə bitirmişdir. O, 2015-ci il iyun ayında həqiqi hərbi xidmətə çağırılır və 2017-ci ilin yanvar ayınadək Şəmkir rayon Dəllər qəsəbəsində DSX-nin N saylı hərbi hissəsində Cevik Alay Taborunda xidmət edir.           
Hərbi sahəyə olan marağı 2019-cı ilin dekabr ayında  onu Azərbaycan Silahlı Qüvvələri sıralarına  qayıtmağa sövq edir. Priküşkül qəsəbəsində N saylı hərbi hissədə MAHHXH  qulluqçusu vəzifəsində işləməyə başlamışdır. 2020-ci il 27 sentyabrda başlamış 2-ci Qarabağ müharibəsinin ilk gündən düşmənlə qarşı- qarşıya ön cəbhədə qəhrəmanlıqla vuruşur. Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şücaətlik göstərmişdir.                                
2020-ci il 2 oktyabr... Ruslan İmanaquliyevin son döyüşü. Fizuli  rayonun Qaraxanbəyli kəndi istiqamətində gedən ağır döyüşlərdə şücaətlə vuruşur və boyun nahiyyəsindən vurulur, qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. 3 oktyabr Ruslan son mənzilə yola salındı. Sumqayıt şəhər Şəhidlər Xiyabanında tarix yazaraq əbədiyyətə qovuşdu.        
Ali Baş Komandan İlham Əliyev vəzifə borcunu şərəflə yerinə yetirmiş İmanquliyev Ruslan Natiq oğlunu ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif etmişdir.                                                              

Ruslan İmanquliyevin dayısı Ceyhun Səfərov yaxın günlərdə R.İmanquliyev xidmət etdiyi 1-ci mexanikləşdirilmiş tank taborunun 44 günlük Vətən müharibəsində Füzuli rayonunun Qaraxanbəyli kəndini azad etməsi haqqında “Qaraxanbəyli döyüşü” adlı sənədli filmini sifariş etdi və film izləyicilərə yüksək təqdimatla təqdim olundu. Məqsəd Qaraxanbəyli döyüşünün qəhrəmanlıqlarını əbədiləşdirmək idi.                                          
Ruslan Ramiyyə ananın yeganə övladı idi. Ramiyyə Səfərova oğlunun şəhadətinin 11-ci ayında haqq dünyasına qovuşdu. Allah rəhmət eləsin!  Şəhidlərimizin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.

 

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı 
XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ