SON DƏQİQƏ

Elmar Nəsibov yenilməz döyüşçü kimi qəlblərdə yaşayacaq- FOTOLAR

Tarix:14-10-2023, 00:02

Bu gün vətənin azadlığı, istiqlaliyyəti yolunda canını qurban verən,xalqın rifahı və xoşbəxtliyi naminə şəhid olan qəhrəmanlardan biri  gizir Elmar Nəsibovun anım günü idi.     
Budur Zəfər tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsinin 3-cü ildönümüdə gəlib çatdı. Anım mərasimi Sumqayıt şəhər Şəhidlər Xiyabanında başlandı. 


Şəhidlərin əziz xatirəsi ehtiramla yad edildi, ruhlarına dualar oxundu. Şəhid Elmar Nəsibovun ailə üzvüləri, şəhid ailələrinin üzvüləri, Qarabağ qaziləri, Sumqayıt şəhərinin bir sıra rəsmi nümayəndələri, media nümayəndələri, din xadimləri, şəhidin yaxınları, dostları, xidmət etdiyi hərbi hissənin hərbiçiləri onun məzarını ziyarət edərək gül əkililəri, çiçəklər qoydular. Elmar ilə bağlı xoş xatirələrdən danışdılar. Natiqlər şəhidlik zirvəsinin müqəddəsliyindən, əbədiliyindən, ucalığından söhbət açdılar. Uca yaradandan cəmi şəhidlərimizə rəhmət, ailələrinə səbr diləndi. Hərbi qulluqçu, gizir Nəsibovun keçdiyi şərəfli və çətin döyüş yolundan söhbət açaraq böyük hörmətlə andılar. 



Anım mərasimində iştirak edən gənc aktyor və rejissor Ənvər Məmmədov şeirlər söylədi. Şəhidin adını daşıyan Sumqayıt şəhər Təfəkkür liseyinin 10 A sinif şagirdləri və Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimli adına 14 nömrəli tam orta məktəbin şagirdləri şəhidlərə, vətənə, torpağa aid şeirlər söylədilər.   

 
Mərasim şəhidin adına açılan ehsan süfrəsində davam etdirildi. 



Əvvəlcə torpağlarımızın ərazi bütövlüyünün bərpa olunmasında canını fəda vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət himni səsləndirilib. 


Şəhidlərimizin ruhuna Quran tilavəti təqdim edilib. Anım tədbirindən iştirak edən bir sıra yazar xanımlar gizir şəhid Elmar Nəsibov haqqında yazdığı şeirləri, “Şahin gözlüm Elmarım” adlı şeiri söylədilər, şəhidlərin qəhrəmanlıq şücaətindən danışdılar.   

                                        
Anım tədbirin aparıcısı Almaniya Turk Muzeyinin Azerbaycan uzre 55 Rayon Şəhər qruplarinin baş inzibatcisi Beynelxalq BMT lahiyelerin icra eden Vekil Yaninda Şəhid aileleri Qazi aileleri uzre vekil komekcisidi konullu genc vetenperver temansiz xidmet eden herzaman Şəhid ailelerimizin yaninda olan Əziz Əzizov idi.





44 günlük Vətən savaşında igidlikləri ilə ölkəmizin ərazisini bütövləşdirən, itirilmiş torpaqlarımızı axan qanları ilə yenidən Vətənləşdirən şəhidlərimizin hər biri bizdən cismən ayrıldısa ruhən bizimlədilər. 



ELMARIM.
(Şəhid Elmar Nəsibova həsr edirəm)


Qəhrəman tək dayandın Vətənin keşiyində.
Torpagına sığındın soyuqda üşüyəndə.
Dedin, rahat uyusun, körpələr beşiyində.
Elə Qafqazlar kimi əzəmətim, vüqarım.
Kəşfiyyatçı snayper, şahin gözlü Elmarım.

Qorudun sərhəddini, keçməsin yağı düşmən!
Çəkib vətən köksünə, dağ üstən dağı,düşmən!
Qarabağı qurtaraq dedin,  yağı zülmündən.
Ey mənim vətən kimi ürəyi  yaz- baharım.
Kəşfiyyatçı snayper, şahin gözlü Elmarım!

Sən qorudun Vətəni, ana dedin yurduna.
Qorxmaz döyüşçü oldun, dönüb mərd evladına.
Qələbədə payın var ZƏFƏR ÇALAN orduma!
Ey mənim şəhid balam Vətən durunca varım.
Kəşfiyyatçı snayper,şahin gözlü Elmarım.

Rasimə Könül.
13.10.2023
          


Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
 
Yeganə Telmanqızı 
 
XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ