SON DƏQİQƏ

Azərbaycan əsgərinin rəşadəti müasir hərb tarixində iz qoydu- FOTOLAR

Tarix:18-10-2023, 14:45

“Dəmir yumruq” əməliyyatı 44 gündə şanlı zəfər qazandı. 
Azərbaycan əsgərinin rəşadəti və müasir hərb tarixində iz qoyan döyüş əməliyyatları Vətən müharibəsinin şanlı qələbənin təməlini ən başlıca amil xalq-dövlət-ordu birliyinin sarsılmaz vəhdəti qoydu. İkinci Qarabağ müharibəsi dünya azərbaycanlılarının birliyinin sarsılmazlığını, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşdiyini nümayiş etdirdi. Müharibənin gedişində xalq-dövlət-ordu birliyi daha da möhkəmləndi. Azərbaycanın bütün vətəndaşları etnik, sosial, dini baxımdan bütövlük nümayiş etdirdi, ön və arxa cəbhədə mükəmməl birlik yarandı. Dövlətimizin başçısının yüksək siyasi məharəti sayəsində diplomatik cəbhədə də böyük uğurlar  qazanıldı.
Budur Zəfər tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsinin 3-cü ildönümüdə gəlib çatdı. Şəhidlər Unudulmayan Qəhrəmanlarımızdır! Bir qrup Sumqayıt sakinləri ilə Vətən müharibəsi şəhidi Namiq Quliyevin atası Natiq Quliyev, fəal, vətənpərvər, daima şəhid ailələrinin yanında olmağı özünə borc bilən Ramil Pirəliyev, AJB-nin üzvü Yeganə Telmanqızı, epidemioloq-həkim, vətənpərvər xanım, daima şəhid ailələrin və qazilər qayğısına qalan Rəna Rzayeva Sumqayıt Şəhidlər Xiyabanında şəhidlərin məzarlarını ziyarət etdilər, ruhlarına dualar oxundu.                              
Yaşadığı şəhər və rayonundan aslı olmayaraq hər bir Azərbaycan xalqının nümayəndəsinin borcudur ki, mütamadə olaraq Şəhidlər Xiyabanını, şəhidlərin məzarları ziyarət etsin, əziz xatirələri ehtiramla yad etsinlər. 

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
 
Yeganə Telmanqızı 
 XeberTıme.az 





    

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ