SON DƏQİQƏ

SDU-da “Vətən Yolunda Addımlayanlar” filminin təqdimatı keçirilib- FOTOLAR

Tarix:22-10-2023, 00:58

20.10.2023-ci il tarixində  Sumqayıt Dövlət Universitetində Vətən müharibəsinin kəşfiyyatçı leytenantı şəhid Vüsal Muradov və Vətən Müharibəsi Qəhrəmanı baş leytenant şəhid Azad Hümbətova həsr olunmuş “Vətən Yolunda Addımlayanlar” filminin təqdimatı keçirilib. 

Tədbir Azərbaycanın Dövlət himni ilə açıq elan olundu, torpağlarımızın ərazi bütövlüyünün bərpa olunmasında canını fəda vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  



Qonaqları Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin sədri Müşfiq Əliyev salamladı. “Vətən Yolunda Addımlayanlar” filminin ərsəyə gəlməyindən söhbət açdı. Sonra “Vətən Yolunda Addımlayanlar” filminə baxıldı. 


Filimin baxışından sonra rəsmi hissə başlandı. Şəhid Azad və Vüsal Muradovun valdeynləri, hərbi məktəbdə onlara dərs deyən müəllimlər, SDU-nun rəhbər şəxsləri, Sosial Mudafiəsi nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Abseron -Xızı regional filialinın əməkdaşları, Sumqayıt şəhər icra hakimiyyətunin rəsmi nümayəndələri “Dəmir Yumuruq” əməliyyatında 44 gündə şanlı zəfər qazanan Azərbaycan Ordusundan, güclü siyasəti ilə düşmənə meydan oxuyan Ali Baş Komandandan danışdılar. Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan Ordusunun hər bir fərdi özünü Vətən uğrunda fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa qadirdir. Gedən döyüşlər bizim hansı iradəyə, hansı hisslərə sahib olduğumuzu göstərdi. Qəhrəman oğullarımız Vətən müharibəsində  öz ordusu, öz xalqı, öz milli mənliyi uğrunda son damla qanlarına qədər  vuruşdu. 

            
Çıxış edən natiqlər tədbirin təşkilatçılarına, SDU-nun müəllim və tələbə kollektivinə, şəhid analarına, Qarabağ qazilərinə  eləcədə filmin ərsəyə gəlməyində  əməyi olan hər kəsə öz təşəkkürlərini bildirdilər. 


Rəsmi hissədən sonra bədii hissə başlandı. Vüsal Muradovun təhsil aldığı Sumqayıt şəhər Anar Şükürov adına 25 saylı tam orta məktəbin 5 yaş qrup şagirdləri vətənpərvər mövzuda kompaziya ilə çıxış etdilər. Bir sıra xanəndələr muğamlar, müğənnilər vətənpərvər mahnılar ifa etdilər. 

    
Xatırladaq ki, filim Azərbaycan Respublikasının Qeyri-Hökmət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə çəkilib.    
Sonda xatirə fotolar çəkildi. 



Yeganə Telmanqızı 
XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ