Sumqayıtda şəhid Namiq Quliyevin anım günü qeyd olunub.
Anım tədbiri Sumqayıt şəhər Şəhidlər Xiyabanından başlandı. Şəhidin ailə üzvüləri, şəhər ictimayyəti, şəhid anaları, ataları, Qarabağ qaziləri, media nümayəndələri, din xadimləri, Sumqayıt Elektrik Şəbəkəsinin bir sıra əməkdaşları, şəhidin məzarını ziyarət edib, üstünə tər güllər düzdülər, şəhidin ruhuna dualar oxunub, Ulu yaradandan rəhmət dilədilər. Şəhidin ailə üzvüləri şəhid haqqında xoş xatirələrdən danışaraq onu ehtiramla yad etdilər.
Quliyev Namiq Natiq oğlu 2001-ci il dekabrın 31-də Sumqayıt şəhərində sadə, zəhəmətkeş bir ailədə dünyaya gəlmişdir. Təbiətəcən çox sakit olan Namiq olduqca səliqəli, sözə baxan, mehriban həmdə bayraq, vətən sevdalı bir uşaq idi. Üç rəngli bayrağını canı qədər sevirdi.
2008-2019-ci illərdə Sumqayıt şəhər 13 saylı tam orta məktəbdə təhsil alıb. 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə yola düşür. Goranboy rayonunun Ağca kəndində N saylı hərbi hissədə xidmətə başlayır, sonra Tərətər rayonunda yerləşən N saylı hərbi hissədə xidmətini davam etdirir. Xidmətdə plomyot (PK) atıcısı təlimləri keçərək bu sahadə püxtələşir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə qatılır. Cəsur döyüşcü Namiq Quliyev əvvəl gündən qəhərəmanlıqla səngərdə vuruşur. Onun Xocavənd, Laçın rayonlarının və Suqovuşan kəndinin azad olunmasında müstasna xidmətləri olur.
Oktyabrın 22-də Namiq Quliyev Suqovuşan uğrunda gedən ağır döyüşlərdə komandiri ilə birgə 9 əsgər və zabitimizlə şəhidlik zirvəsinə ucalır. 19 yaşlı əsgər şəhidimiz 25 oktyabr böyüyüb boya-başa çatdığı Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanında canı qədər sevdiyi torpağa tapşırılır.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra Quliyev Namiq Natiq oğlu "Cəsur döyüşcü", “Vətən uğrunda" və "Laçının azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində küçələrin birinə şəhid Namiq Quliyevin adı verilib.
Xalqımız Vətən torpaqlarının azadlığı uğrunda canını qurban vermiş hər bir şəhidimizin xatirəsini daim uca tutur.
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
Yeganə Telmanqızı
XeberTıme.az