SON DƏQİQƏ

Vüsal Muradov qəhrəmanlığı ilə əbədiyyətə qovuşdu- FOTO\VİDEO

Tarix:1-11-2023, 12:02

31.10.2023-cü il tarixində Vətən müharibəsində şanlı tariximizə adını qızıl hərflərlə yazdıran kəşfiyyatçı leytenant Muradov Vüsal Cəsarət oğlunun anım günü keçirildi. 
Anım mərasimi Sumqayıt şəhər Şəhidlər Xiyabanında başlandı. Şəhidlərin əziz xatirəsi ehtiramla yad edildi, ruhlarına dualar oxundu. Şəhid Vüsal Muradovun məzarı ziyarət olunaraq gül əkililəri, tər  çiçəklər qoyuldu Uca yaradandan rəhmət, ailəsinə səbr diləndi. Anım mərasimində şəhidin ailə üzvüləri, yaxınları, şəhid anaları, ataları, Müdafiə Nazirliyinin bir sıra zabit heyyəti, Ağdam rayon icra hakimiyyətinin nümayəndələri, Qarabağ qaziləri, media nümayəndələri, din xadimləri, şəhidin təhsil aldığı Sumqayıt şəhər 25 saylı tam orta məktəbin müəllim və şagirdləri, şəhidin adını daşıyan sinif şagirdləri, Sosial Mudafiəsi nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Abseron -Xızı regional filialinın əməkdaşları iştirak edirdilər.   

                          
Leytenant Vüsal Muradovun komandir olduğu kəşfiyyatçı hissənin əsgərləri, Müdafiə Nazirliyinin zabiti Elvin Dadaşov şəhidin dostları Vüsalın keçdiyi şərəfli döyüş yolundan söhbət açaraq böyük hörmətlə komandirlərini andılar. Ailə üzvüləri, döyüş yoldaşları, dostları, yaxınları onunla bağlı xoş xatirələrdən danışaraq ehtiramla yad etdilər.

 
Mərasim şəhidin adına açılan ehsan süfrəsində davam etdirildi. Əvvəlcə torpaqlarımızın azad olunmasında şəhidlik zirvəsinə ucalanların əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi, Azərbaycanın Dövlət Himni səsləndirildi. 

 
Anım mərasimində iştirak edən Vətən müharibəsi şəhidi Abdulla Əhmədovun atası Hacı Əhməd Əhmədov şəhidlərin uca məqamından, qəhrəmanlığından söhbət açaraq öz yazdığı şeirləri söylədi. Çorat məcidinin axundu Hacı Sahib Məmmədov müqəddəs kitabımız olan Quranda yazılan şəhidlərin tərifindən, şərəfli həyat yolundan, vətənpərvərliyindən, əbədiliyindən, ucalığından danışdı.  

 
Xatırladaq ki, Vüsal Muradov 1999-cu il mayın 19-da Sumqayıt şəhərində Kəmalə xanımın və Cəsarət müəllimin ailəsində anadan olub. Əslən Ağdam rayonundan olan Vüsal Muradovun ən böyük arzusu hərbiçi olaraq ata-baba torpaqlarını geri qaytarmaq idi. Onu bu arzusu 2014-ci ildə Ç.Naxçıvanski adına hərbi liseyə gətirib çıxarır. Hərbi liseyi əla qiymətlərlə başa vuran Vüsal 2017-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (AAHM) qəbul olur.  Kəşfiyyatçı fakültəsinin IV sinif Kursantı V.Muradov  2020-ci ilin 29 sentyabr Vətən müharibəsinin başlaması ilə bağlı "kiçik leytenant" rütbəsi ilə müharibəyə yollanır. Kəşfiyyatçı leytenant Muradovun ilk döyüş yolu Füzuli rayonundan başlanır. Zəngilan  istiqamətində gedən döyüşlərdə 7 yüksəklik, 7 kənd alırlar. Sonra Hadrutun Ziyarətgah dağında 3 erməni ilə vuruşur. 29 oktyabr Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşur və döyüşlər zamanı 21 yaşında şəhidlik zirvəsinə ucalır. 31 oktyabr Sumqayıt Şəhidlər Xiyabanında canı qədər sevdiyi torpağa tapşırılır. Azərbaycan Ordusunun kiçik leytenantı Vüsal Muradov Kursant kimi müharibəyə gedib şəhid kimi qayıdır. Qubadlı, döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyev Muradov Vüsal Cəsarət oğlunu ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif etmişdir.


                                                                  
Hər zaman şəhid ailələrinin yanında olaraq onlara böyük mənəvi dəstək olan dövlət qulluqçusu Elvin Dadaşov “XeberTıme.az” Analitik İnformasiya Portalına öz müsahibəsində bildirdi:                     

 - Yeganə xanım Vüsal Muradov Naxcıvanski hərbi liseyində təhsil alanda müəllimi olmuşam, sevimli kursantlarımdan biri idi, çox mərd, qorxmaz, vətənini sevən bir oğlan idi.  Onu savaş meydanlarına çəkib aparan  qəlbindəki böyük vətən eşqi idi. 
Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır. Vüsal kimi gənclərimiz vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alaraq Zəfər tariximizi yazdılar. Şəhidlik zirvəsinə ucalan vətən övladlarının mübarizliyi həm də Azərbaycan xalqının tarixində qəhrəmanlıq salnaməsidir.


Bəli şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Bizim xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin!  
      
Vətənpərvər müğənni Arif Səlimovun şəhid Vüsal Muradova həsr etdiyi “Şəhid Vüsal” adlı mahnısını sizə təqdim edirik. Mahnının sözləri Ülviyyə xanıma, musiqisi Arıf Səlimova aiddir.  


 

 
 Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı 
XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ