Daima qəlbimizdə yaşayan qəhrəmanların ailələri ziyarət olundu.
Hər həftənin 3-cü günü saat 22:30-da sevimli teleaparıcı Nuranə Gülərin təqdimatında Space TV-də yayımlanan “Qarabağ Azərbaycandır!” telelayihəsi bir sıra ziyalılarla Gəncədə yaşayan şəhid ailələrinin evlərini ziyarət edərək onları ehtiramla yad etdilər. Ailələrin ziyarətində Vetenperverlertv.az İnformasiya Portalının rəhbəri, Milli Qəhrəman Mübariz İbrahimov adına “Vətənpərvərlər” Maarifləndirmə Cəmiyyətinin hüquqşünası, tanınmış hüquqşünas Səyyad Əsgərov, hər zaman şəhid analarının yanında olan iştimai fəal, Gəncə ziyalısı Pərvanə İmamquliyeva və “XeberTıme.az” Analitik İnformasiya Portalının direktoru Yeganə Telmanqızı və Azərbaycan Dövlət Aqrar Universitetinin bir sıra professor, müəllim və tələbələri, Vətən müharibəsinin iştirakçıları ilə birgə Azərbaycanın qürurverici 3 rəngli bayraqları ilə bəzədilən maşınlarla şəhid ailələrinin ziyarətinə başladılar. İlk ziyarət şəhid kəşfiyyatçı Elməddin Namazovun ailəsindən başlandı. Şəhid anaları, ataları, ziyalılar, tələbələr Gəncə şəhərində yerləşən Şəhidlər Xiyabanı ziyarət etdilər, hər bir şəhidin məzarının üstündə şəhidin keçdiyi həyatından, şərəfli döyüş yolundan, söhbət açıldı. 2020-ci ildə Gəncədə Ermənistan tərəfindən törədilən teror hadisələrinin qurbanlarının da məzarları ziyarət edilərək yad olundu. Sonra hərbiçi Məmmədov Araz Adil oğlunun və XTQ-nın baş leytenantı, kəşfiyyatçı sinayper Əsgərov Rauf Vaqif oğlunun ailələri ziyarət olundu. Qonaqlar hər üç şəhidin ev muzeyində yer alan şəhidin şəxsi əşyaları, həyatı və döyüş yolundan bəhs edən şəkillərlə ilə yaxından tanış oldular, onlarla bağlı xoş xatirələri maraqla dinlədilər. Ailə üzvüləri birgə çay masasında söhbət davam etdi.
Xatırladaq ki, Birinci Qarabağ müharibəsində Gəncədən 364 nəfər, 44 günlük 107 nəfər şəhidlik zirvəsinə ucalıb. Şəhərdə raket hücumu nəticəsində 26 nəfər mülki şəxs- uşaq, qoca, qadın həlak olmuşdur.
QƏHRƏMANLAR UNUDULMUR!
Yeganə Telmanqızı
XeberTıme.az